Qarabag Media
Haqqımızda Əlaqə

Tural Gəncəliyev: "Ermənistan tərəfinə Minsk Qrupunun həmsədrlərinin sənədlərini öyrənməyi tövsiyə edirəm"


Tarix:16-12-2019, 15:47 Kateqoriya:Manşet / Siyasət

Tural Gəncəliyev: "Ermənistan tərəfinə Minsk Qrupunun həmsədrlərinin sənədlərini öyrənməyi tövsiyə edirəm"

"Son günlər Ermənistan hakimiyyətinin nümayəndələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların guya heç vaxt yaşamadığı və bölgədə iki icmanın mövcud olmadığı haqqında əsası olmayan fikirlər səsləndirirlər.

Azərbaycanın torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən, işğal altındakı ərazilərdə xalqımıza məxsus mədəni, dini, tarixi abidələri məhv edən Ermənistanın ayrıseçkilik (aparteid) siyasəti aparması, bu ölkənin illərdir həyata keçirdiyi ideologiyanın təzahürüdür".

Karabakhmedia.az xəbər verir ki, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cari il ərzində regiona iki səfəri reallaşıb və Dağlıq Qarabağın azərbaycanlı icması ilə həmsədrlər arasında görüşlər keçirilib:

"Keçirilən görüşlərdən sonra həmsədrlərin bəyanatlarında Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə bərabərhüquqlu (!) maraqlı tərəf kimi bir daha qeyd edilib. Bu isə yeni fikir deyil və 1992-ci ildən mövcud olan faktın bir daha Ermənistana xatırladılmasıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana son səfəri zamanı icmalararası dialoqu dəstəklədiyini qeyd edib.

Məhz bu gedişatlardan sonra Ermənistan tərəfinin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinın mövqeyini həzm edə bilmədiyi özünü büruzə verməkdədir. Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar edir.

Birinci, artıq yuxarıda istinad edildiyi kimi, 24 mart 1992-ci il tarixində ATƏT-in Helsinki Nazirlər Şurasının sənədində əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri məhz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki, yəni erməni və azərbaycanlı icmalarını nəzərdə tutur və onlar maraqlı tərəflər qismində qeyd olunur. Bu sənəddə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir.

İkinci, 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qanunsuz qərar qəbul etdikdən sonra, 10 yanvar 1990-cı il tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin “qərarlarının” SSRİ Konstitusiyasına uyğun olmamasını qeyd edərək Ermənistanın Dağlıq Qarabağa yönəlik qanunsuz ərazi iddialarına son qoyur.

Üçüncü, BMT, digər beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ermənistan tərəfinə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarını və müvafiq sənədləri öyrənməyi tövsiyə edirəm.

Ermənistan hakimiyyəti əgər Azərbaycana qarşı işğal siyasətinə son qoyarsa, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlının mövcudluğunu inkar etməzsə, iki icmanın bərabərhüquqlu icma olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamasına mane olmazsa, münaqişənin həlli mümkün ola bilər"./Report/

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
Elza Seyidcahan deputatlığa namizəd oldu
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib