Qarabag Media
Haqqımızda Əlaqə

Şirməmməd Hüseynovun məzarı ziyarət edildi


Tarix:16-12-2019, 14:18 Kateqoriya:Manşet / Cəmiyyət

Şirməmməd Hüseynovun məzarı ziyarət edildi

Sabah araşdırmaçı alim, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan jurnalistlərinin müəllimi mərhum Şirməmməd Hüseynovun doğum günüdür.

Karabakhmedia.az xəbər verir ki, bununla bağlı bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimləri, Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova və Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü İkinci Fəxri Xiyabanda Şirməmməd Hüseynovun məzarını ziyarət ediblər.

Ziyarətdən sonra hər kəs Şirməmməd Hüseynovla bağlı xatirələrini bölüşüb.

Xatırladaq ki, Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU-nun filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU-da Jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

1954-1961-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasının müəllimi, dosenti vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU-nun Filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU-nun Jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.1971-1988-ci illərdə BDU-da Mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdəhəmin kafedranın müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU-da Mətbuat tarixi kafedrasının professoru olub. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.
Şirməmməd Hüseynov 2019-cu ilin iyunun 24-də vəfat edib.

__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”