Qarabag Media
Haqqımızda Əlaqə

Deputatlığa namizədlər büdcədən nə qədər pul alacaqlar? – MƏBLƏĞ


Tarix:16-12-2019, 13:55 Kateqoriya:Manşet / Gündəm

Deputatlığa namizədlər büdcədən nə qədər pul alacaqlar? – MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, dekabr ayının 6-dan başlayaraq Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Karabakhmedia.az xəbər verir ki, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.

Məlumat üçün onu da bildirək ki, namizədin qeydə alındığı gündən seçkinin nəticələrinin elan olunacağı tarixə kimi olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsait hesabına namizədin bəzi xərcləri qarşılanacaq.

Milli Məclisə seçkilər haqqında qanunun tələblərinə görə namizəd qeydə alındığı gündən işlədiyi yerdən öz ərizəsinə əsasən istədiyi müddət ərzində işdən azad olunmalıdır. İşləmədiyi dövr ərzində namizədə onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilən minimum əmək haqqının 20 mislindən, yəni 5000 manatdan çox olmayan haqq ödəməlidir.

Bundan başqa birmandatlı seçki dairəsi üzrə qeydə alınan namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrinə gediş-gəlişin dəyəri ödənilir. Bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınan namizədə şəhərdə gediş-gəlişin dəyəri ödənilir.

Qeydə alınan namizəd namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşayırsa, əlavə olaraq ona dəmiryolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə, yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri ödənilir. Birmandatlı seçki dairəsi üzrə qeydə alınan namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir. Qeydə alınan vahid namizədlər siyahısına daxil edilən namizədə Azərbaycan Respublikası ərazisinin hüdudlarında ümumi istifadədə olan şəhərlərarası nəqliyyatda (təyyarə də daxil olmaqla) 2 dəfə gediş-gəlişinin dəyəri ödənilir. Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.

Namizədə nəqliyyat xərcləri onun qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ödənilir. Taksi və sifarişli nəqliyyat reyslərindən istifadə xərcləri ödənilmir. Şəhərkənarı və şəhərlərarası nəqliyyat xərcləri gediş-gəliş biletinin, şəhər nəqliyyatı üçün isə müvafiq müddətdə istifadə edilmiş gediş-gəliş biletlərinin təqdim edilməsi əsasında ödənilir.

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”