Qarabag Media
Haqqımızda Əlaqə

“Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirilib


Tarix:16-12-2019, 13:51 Kateqoriya:Manşet / Mədəniyyət

“Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirilib

"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində 2019-cu il “Nəsimi ili” ilə bağlı “Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirilib.

Karabakhmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədr müavini Həbib Misirov bildirib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi çox müsbət və təqdirəlayiq addımdır. Hər bir kəs, bütün Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir.

Sonra Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Nəsimi və aşıq sənəti” mövzusunda məruzə edib. Professor Qəzənfər Paşayev qeyd edib ki, Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı və aşıq poeziyası ilə qoşa inkişaf etmiş, aşıq yaradıcılığına yeni janrlar gətirmiş, formaca onun inkişafına təkan vermişdir. O, xüsusi vurğulayıb ki, Nəsiminin qıfılbənd bağlamaları demək olar ki, bütün görkəmli aşıqlara təsir edibdir. Biz görkəmli aşıqlar deyəndə bütün aşıq şeirinin ecazkar nümunələrini yaradan, ağır məclisləri yola verən, dastan qoşan, "bağlama deyişmələr"də cəsarətlə iştirak edən, bədahətən şeir demək qabiliyyətini nümayiş etdirən, aşıq şeir şəkillərindən yerli-yerində istifadə edə bilən, bütün aşıq havalarından xəbərdar olan, özü aşıq havaları yaradan "Dədə" aşıqları nəzərdə tuturuq. Hər aşıq "qıfılbənd bağlama" yarada bilməz. Bağlamaları yaratmaq və dərk etmək üçün gərəkdir ki, "Şəriət" və "Təriqət" elmindən xəbərdar olasan. Ordubadlı Kərim (XVII əsr), Xəstə Qasım (XVIII əsr), Ləzgi Əhməd (XVIII əsr), Meşkinli Məhəmməd (XIX əsr), Şəmkirli Hüseyn (XIX əsr), Aşıq Ələsgər və Bozalqanlı Hüseyn və XX əsr Azərbaycan aşıq sənətində isə Dədə Şəmşir hər iki elm sahəsini mükəmməl bilən qıfılbənd ustaları kimi məşhur olmuşlar. Qəzənfər Paşayev çıxışının sonunda milli dəyərlərimizin təbliğindəki xidmətlərinə görə Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə və İctimai Birliyin sədri Qənbər Şəmşiroğluya minnətdarlığını bildirib.

Daha sonra məruzə ətrafında çıxışlar olub, professorun məruzəsi yüksək dəyərləndilib, eyni zamanda məruzəçiyə sullar ünvanlanıb.

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Xalqımızı birliyə səsləyən mahnı - VİDEO
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?