Qarabag Media
Haqqımızda Əlaqə

Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək


Tarix:14-12-2019, 14:19 Kateqoriya:Manşet

Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə məcburi köçkün yeniyetmə və gənclər arasında futzal turniri təşkil edir.

Komitədən verilən məlumata görə, dekabrın 13-də bu münasibətlə Dövlət Komitəsində turnirdə iştirak edəcək komandaların nümayəndələri ilə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüş iştirakçılarını salamlayaraq, qaçqınlar və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yeniyetmələrin və gənclərin sağlam həyat tərzi keçirməsinin, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmasının vacibliyini qeyd edib. Bildirilib ki, artıq dünyada bir idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahəyə dövlət qayğısı yüksək səviyyədədir. Ölkəmizdə qitə və dünya miqyaslı mötəbər idman tədbirlərinin təşkili, atletlərimizin müxtəlif beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanması bunun sübutudur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, respublikanın, demək olar ki, hər yerində olimpiya idman kompleksləri, müasir idman qurğuları tikilib istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bunlar yeniyetmə və gənclərimizin fiziki və mənəvi sağlamlığın rəhni olan idmana marağını və bağlılığını daha da artırır.

Qeyd edilib ki, məcburi köçkünlər arasında futzal turnirinin təşkili də ölkəmizdə idmana olan qayğının bariz nümunəsi kimi dəyərləndirilməlidir. Hər bir komanda üzvünə turnir müddətində keçiriləcək oyunlarda uğur arzuyalan komitə sədri, bu cür yarışların silsilə xarakteri daşıyacağını, gələcəkdə daha da təkmilləşdiriləcəyini qeyd edib.

Turnir Mehdiabad və Müşfiqabad qəsəbəsi, Qobu park, Stansiya Sumqayıt, Kürdəxanı, Masazır, Binəqədi, Sumqayıt və Ramanada yerləşən yaşayış komplekslərini təmsil edəcək 9 komanda arasında keçiriləcək. Komandaların hər biri 11 nəfərdən ibarətdir. Turnirin sonunda mükafatçı komandalara kubok və diplomlar təqdim ediləcək.

Görüşün sonunda turnirin püşkatması keçirilib.

___________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
Elza Seyidcahan deputatlığa namizəd oldu
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib