Qarabag Media
Haqqımızda Əlaqə

"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ


Tarix:13-12-2019, 15:44 Kateqoriya:Manşet / İdman

"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin VI tur matçında Lüksemburq "Düdelanj"ı ilə Bakıdakı 1:1 hesablı heç-heçəyə görə UEFA-dan 190 min avro mükafat alacaq.

Karabakhmedia.az xəbər verir ki, Avropa futbol qurumu yarışın qrup mərhələsində hər bərabərlik üçün bu qədər ödəniş edir. "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün 2,92 milyon avro mükafat da əldə edib. Həmçinin Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbəyə görə 570 min avro, Kipr APOEL-i ilə Bakıda 2:2-lik bərabərlik üçün isə 190 min avro irəli düşüb.

Üstəlik, Ağdam təmsilçisi cari mövsümdə Çempionlar Liqasında (ÇL) ilk 3 təsnifat mərhələsində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni ümumilikdə 1 milyon 140 min avro qazanıb.

Beləliklə, Ağdam təmsilçisinin 2019/2020 mövsümü üçün qazancı 5 milyon 10 min avroya (10 milyon manatdan çox) çatıb. Lakin bu, yekun məbləğ deyil. UEFA heç-heçələrdən qalan əlavə məbləği (hər bir bərabərlikdən sonra 190 min avro qalır) qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun böləcək.

Qeyd edək ki, Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Pley-offa çıxanlar əlavə 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar hərəyə 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”