Qarabag Media
Haqqımızda Əlaqə

Xudu Məmmədov nəhəngliyi...


Tarix:13-12-2019, 14:23 Kateqoriya:Manşet / Cəmiyyət

Xudu Məmmədov nəhəngliyi...

İli-günü dəqiq yadımda deyildi, amma 1980-ci illər idi. Ağdam Rayon Təhsil Şöbəsindən məktəbimizə xəbər göndərilmişdi ki, görkəmli alim Xudu Məmmədov ora qonaq gəlir. Məktəbdə müəllimlər, müdür, müavin, texniki işçilər- hamı bir-birinə dəymişdi. Biz şagirdlər isə növbəti "yoxlama” gəldiyini güman edib, müəllimlərin təlaşını heç vecimizə də almırdıq. Zəng içəri vurulanda fənn müəllimləri dərs keçməyi unudub, sinfin əlaçılarını, diribaş-hazırcavab şagirdlərini ön cərgələrə yerləşdirdi. Keçdiyimiz dərslərin sual –cavabına başladı. Bu proses məktəbin bütün sinflərində keçərli idi. Çünki, bu gələn "qonaq” kim idisə, özü sərbəst şəkildə sinfi seçəcəyi artıq məktəbə bəlli idi.

O vaxt həmin "yoxlama” təsadüfən 7B sinfini seçdi. O sinif məktəbdə ən çox şagirdi olan bir sinif idi.Təbii ki, "pis oxuyan"larıda kifayət qədər. Amma Lətifə müəllimə çevik tərpənib 5-6 nəfər "əlaçı”nı ön cərgəyə yığa bilmişdi. Xudu müəllim tarixdən-ədəbiyyatdan 1-2 sual verir. Ürəkaçan cavablar almır. Sonra uşaqlara növbəti sualını ünvanlayır:” Böyüyəndə kim olacaqsan?” Hə, bax onda dərsi üzünə oxumağ bacarmayanlarda dilə gəlib:” Həkim, müəllim, polis, kolxoz sədri....” Necə deyərlər, hər kəs "qülbündən ” keçəni deyir. Xudu müəllim arxada bir şagirdin sakitcə oturub olayları diqqətlə izləməsini görür. Lətifə müəllim də həmin an bəlkə də Allaha yalvarırdı ki, Xudu müəllim Səxavətdən heç nə soruşmasın...ən "zay” uşaq...kitab üzü açmır...

Müəllimənin yalvarışları yəqin , Allahın umrunda olmur ki, Xudu müəllim həmin şagirdi ayağa qaldırır. Adını və böyüyəndə nə olacağını soruşur. Səxavət "Yoxlama”nın mehribanlığından, gülümsər simasından nə anlayırsa, fəxrlə, ürəklə :

-Böyüyəndə çoban olacam!-deyir.

Səxavət həmin an Lətafət müəllimənin nə "bərəlmiş” gözünə, nə də "ölüb-qurtarmış” simasına baxmırdı. "Yoxlama” uşağın səmimiyyətindən, saflığından təsirləndi ki, ucadan bir qəhqəhə çəkdi:

- Səxavət, sən niyə sinif yoldaşların kimi müəllim, həkim, polis olmaq istəmirsəm?

Səxavət öz bildiyi şəkildə "yoxlama”nı "başa salmağa” çalışır:

-Müəllim, bir həkim olacaq, biri, polis, biri, müəllim... Bəs yaxşı kəndin mal-davarını, qoyunlarını kim otaracaq? Mal-heyvan başsız qalar eyyy...!

X.Məmmədov yenə ucadan qəhqəhə çəkir, sinifdə ona qoşulur. Sonra əli ilə Səxavətin başını tumarlayıb, üzünü sinfə tutur:

-İndi gülürsünüz, amma inanın, bu uşaq əlaçı olmasa da, gələcəkdə böyük adam olacaq. Onun təəssübkeşliyi, hətta heç kəsin düşünmədiyi bir nüansı düşünməyi elə indidən Səxavətin böyük gələcəyindən xəbər verir.

Bir sözlə yüzlərlə əlaçı şagirdin içindən oxumadığına görə, məktəbin də, müəllimlərin də "canını boğazına yığan” bir şagirdi bəyənib getməsi uzun müddət elə müəllimlərə də, biz şagirdlərə də çatmırdı. Hələ arabir ona "çoban” deyib lağ edənlərdə tapılırdı.

Günlərin bir günü eşitdik ki, bədnam ermənilər yurdumuza xaincəsinə basqın edib, günlərin bir günü eşitdik ki, Qarabağın çəkilməz dərdinə dözməyən Azərbaycanın fəxri, dünyanın tanınmış alimi Xudu Məmmədov dünyasını dəyişib. Bax, elə o ərəfələrdə "pis oxuyan” Səxavət hamıdan əvvəl silaha sarılıb, müharibəyə atıldı. Son günə qədər döyüşdü, məğlubiyyəti sindirə bilmədi, cəbhədən uzaqlaşa bilmədi və ŞƏHİDlik zirvəsinə yüksəldi. Onda bütün camaatımızın üzündə bir təəssüf hissi vardı. Düz illər əvvəl Xudu müəllim bir baxışla, bir sualla bir insanı kəşf etmişdi. Təəssübkeşdi- demişdi, gələcəkdə böyük insan olacaq-demişdi. O qarayanız, bir azda çəlimsiz oğlanı bəlkə də qəhrəman kimi görmüşdü.

Bu gün o dahi insanın, insanı bir kəlməsindən, kristalloqrafiyanı bir dissertasiyasından kəşf edən, vətəni isə hər kiçik zərrəsinə qədər sevən, görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Xudu Məmmədovun doğum günüdür. Fəxrimiz olan alimimizə arzumuz isə bu gözəlim vətənimizdə yeni-yeni xudu məmmədovların doğulmasıdır! Böyük insanları çox olan məmləkət elə böyük olar!

Əntiqə Rəşid
"Ədalət" qəzeti

_________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
Elza Seyidcahan deputatlığa namizəd oldu
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib