Qarabag Media
Haqqımızda Əlaqə

Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu


Tarix:13-12-2019, 14:14 Kateqoriya:Manşet / Hadisə

Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılovun ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməsi barədə Baş Prokurorluğa daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan bildirilib ki, aparılmış araşdırmalarla qeyd edilən xüsusatlarla yanaşı, B.İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşı vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, bununla da başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı B.İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün ümumilikdə 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə B.İsmayılova Cinayət Məcələsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.2.2 (təkrarən dələduzluq törətməyə cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməyə cəhd), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri, M.Nəzərəliyevaya isə 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Baş Prokurorluq ölkə vətəndaşlarına müraciət edərək yuxarıda qeyd edilən şəxslər tərəfindən rüşvət tələb edilməsi və digər qanunazidd hallarla qarşılaşdıqları halda, bu barədə təxirəsalınmadan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat verilməsini xahiş edir.

_____________________________________________________________________________________________










SON XƏBƏRLƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
Elza Seyidcahan deputatlığa namizəd oldu
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib