Qarabag Media
Haqqımızda Əlaqə

Zəngilan necə işğal edildi? – Erməni general açıqladı


Tarix:12-12-2019, 15:06 Kateqoriya:Manşet / Qarabağ

Zəngilan necə işğal edildi? – Erməni general açıqladı

1992-ci ildə Qarabağ müharibəsinin qızğın çağında Ermənistanın o dövrdəki müdafiə naziri Vazgen Manukyan erməni general-polkovniki Yuri Xaçaturova nəyin bahasına olursa olsun, Zəngilan rayonunu işğal etmək barədə əmr verib.

Karabakhmedia.az xəbər verir ki, bunu erməni nəşrinə Xaçaturovun özü deyib.

Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri bütün cəbhə boyu ağır vəziyyətin müşahidə olunduğundan xəbərdar olub.

“Biz bir neçə istiqamətdə nəzarəti əldən verirdik. Manukyan mənə qeyri-adi nə isə etməli olduğumu dedi. Mən ona Qafan rayonundakı yüksəkliyi nəzarət altına götürməyi təklif etdim. Bu yolla biz düşmənə avtomatlardan belə atəş aça biləcəkdik. Bu dağı nəzarət altına götürsək, sərhədi özümüzdən uzaqlaşdıracaqdıq və düşmən Qafanı müşahidə edə bilməyəcəkdi . Sonrakı hədəf Zəngilana qədər irəliləmək idi”, – deyə erməni general qeyd edib.

Manukyan Xaçaturovu Qafan əməliyyatına rəhbər təyin edib.

“Mənim vəzifəm Qafan istiqamətindən Zəngilana hücum etmək idi, biz buna 15 gün ərzində hazırlaşdıq. Noyabrın 25-26-sı gəldim və bir sıra tədbirlər keçirdim. Əvvəlcə düşmənin iki batalyonunun yerləşdiyi məntəqəni almalı idik. Ora Zəngilandan 6-7 km aralıda yerləşirdi. Düşmən bu məntəqədən bütün massivə nəzarət edirdi. Döyüşdən öncə 300 könüllüdən ibarət batalyon yığdım. Biz ciddi şəkildə hazırlaşırdıq, hər şeyi gizli edirdik, düşmən heç nədən şübhələnmirdi.

Kəşfiyyat çox gizli şəkildə aparılırdı, bizim onların dörd mövqeyini yaxın məsafədən gecə və gündüz izlədiyimizi hiss etmirdilər. Onların bizi gözləmədiyini anladıq və dekabrın 10-da hücum etmək qərarına gəldik. Əməliyyata sübh tezdən saat 6-da başladıq”, – deyə Xaçaturov bildirib.

Onun sözlərinə görə, əvvəlcə düşmən mövqelərinə yaxın olanlar hücuma keçib:

“Təsəvvür edin , 20 əsgər eyni vaxtda qumbara atdı. Onlar bizim kəşfiyyatçılar idi. Sonra piyadalar hücuma keçdi. Biz o məntəqəni ələ keçirə bildik. Daha sonra Zəngilana doğru irəliləmək lazım idi. Ancaq mən tutduğumuz strateji mövqelərdə də əsgər saxlamalı idim. Bu səbəbdən Zəngilana hücum üçün az sayda əsgər qaldı. Zəngilana hələ ki hücum etməmək qərarı aldım ki, bu anda faciə baş verdi. İrəlidə hərəkət edən yeddi nəfər kəşfiyyatçının radiostansiyası xarab olmuşdu və mən onlara bu barədə xəbərdarlıq göndərə bilmədim. Bəlkə də 100 dəfə onlarla əlaqə yaratmağa cəhd etdim. Başda “Mikrob” ləqəbli kəşfiyyat rəisi olmaqla, onların hamısı öldürülmüşdü”, – deyə erməni general davam edib.

O deyib ki, Qafan əməliyyatı uğursuz olardısa, nə Ağdam, nə Zəngilan, nə də Cəbrayılı ələ keçirmək mümkün olacaqdı./Axar.az/

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
Elza Seyidcahan deputatlığa namizəd oldu
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib