Qarabag Media
Haqqımızda Əlaqə

Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək


Tarix:11-12-2019, 13:13 Kateqoriya:Manşet / Dünya

Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək

Bundan sonra Səudiyyə Ərəbistanında restoranlardan qadınlar və kişilər üçün ayrı-ayrı giriş qapılarının olması tələb edilməyəcək. Çünki Səudiyyə Ərəbistanı hökumətinin verdiyi son qərara görə, qadınlar kişilərlə birlikdə eyni qapıdan restorana girə biləcək.

Bazar günü Səudiyyə Ərəbistanı Bələdiyyələr Nazirliyindən verilən açıqlamada artıq bu məsələ ilə bağlı qərarın məkan sahiblərinə həvalə ediləcəyi bildirilib. Ölkədə bu günə qədər restoranlarda iki fərqli giriş qapısı olması məcburi idi. Bu giriş qapılarından biri ailələr və qadınlar, digəri isə kişilər üçün nəzərdə tutulurdu. Səudiyyə Ərəbistanında bir müddətdir ki, bir çox restoranda və kafedə bu qərara məhəl qoyulmadığı müşahidə edilirdi.

BBC Türkcənin verdiyi xəbərə görə, son dövrdə ölkədə bir tərəfdən müxaliflərə qarşı təzyiqin artdığı, bir tərəfdən də bir neçə sosial islahatın həyata keçirildiyi görünür. Səudiyyə Ərəbistanında bu il qadınlara yanlarında kişi olmadan maşın sürmə və pasport ala bilmə icazəsi verilib.

Ötən ilə qədər Səudiyyədə qadınlara maşın sürmək qadağan idi. Səudiyyə Ərəbistanında fəallar qadınlara qarşı ayrı-seçkilik qaydalarınınhələ də çoxolduğunu və bəzi qadın hüquqları müdafiəçilərinin də həbs edildiyini bildirir.

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”