Qarabag Media
Haqqımızda Əlaqə

Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib


Tarix:7-12-2019, 12:52 Kateqoriya:Manşet / Gündəm

Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) nümayəndə heyəti dekabrın 3-6-da Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüssel şəhərində qurumu təmsil edən rəsmi nümayəndələr, müstəqil düşüncə mərkəzləri, vətəndaş cəmiyyəti institutları, mətbuat orqanları və Avropadakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşlər keçirib.

BMTM-dən verilən məlumata görə, Mərkəzin sərdi Fərid Şəfiyevin rəhbərlik etdiyi və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının da təmsil olunduğu nümayəndə heyəti dekabrın 5-də nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) Aİ- Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi haqqında dəyirmi masada iştirak edib. Daha sonra Avropa Siyasi Araşdırmalar Mərkəzində (CEPS) təşkilatın təmsilçiləri ilə görüş keçirilib və BMTM ilə CEPS arasında əməkdaşlıq imkanları müzakirə edilib. Mərkəzin əməkdaşlarına Azərbaycanın xarici siyasəti, Ermənistan-Azərbaycan münaqişəsi, Aİ ilə Azərbaycan arasındakı münasibətlər və birgə layihələr haqqında məlumat verilib.

Səfər ərzində Fərid Şəfiyev Azərbaycanın Aİ-dəki nümayəndə heyətinin rəhbəri Fuad İskəndərovla birlikdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 11-ci assambleyasında da iştirak edib. Tədbirdə çıxış edən və Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandıran F.Şəfiyev ölkəmizlə Aİ arasında növbəti çərçivə sazişi üçün aparılan danışıqlar haqqında fikirlərini bölüşüb. Azərbaycanla Avropa İttifaqının əlaqələrinin çoxsaylı enerji və nəqliyyat layihələri nəticəsində güclü potensiala malik olduğunu vurğulayıb.

Dekabrın 5-də həmçinin nümayəndə heyətinin Avropanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşü keçirilib. Fərid Şəfiyev və Tural Gəncəliyev gəncləri ölkəmizin milli maraqlarını, torpaqlarımızın 20 faizinin işğal altında saxlanılmasından doğan narahatlığını və haqq səsini yaşadıqları ölkələrdə daha səylə müdafiə etməyə çağırıb.

Səfərin sonunda Xurşidbanu Natəvanın Belçikanın Vaterloo şəhərində yerləşən abidəsi ziyarət edilib.

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”