Qarabag Media
Haqqımızda Əlaqə

10 hakimimiz FİFA statusunu itirdi


Tarix:6-12-2019, 14:25 Kateqoriya:Manşet / İdman

10 hakimimiz FİFA statusunu itirdi

FİFA dərəcəli Azərbaycan futbol hakimlərinin sayı azalıb.

Karabakhmedia.az saytının məlumatına görə, 2020-ci ildə müxtəlif səviyyəli turnirlərdə ölkəmizi cəmi 14 hakim təmsil edəcək.

Hərçənd 2019-cu ildə bu rəqəm 21 idi. Təmsilçilərimizin ümumi sayı 7 nəfər azalıb. Buna səbəb 10 ədalət təmsilçisinin statusunu itirməsidir. Hakimlər Komitəsinin “qələmini qırdığı” bu 10 referini 3 nəfər əvəzləyəcək. Bu azalma qadın futbolu, çimərlik futbolu və futzalda qeydə alınıb.

Düzdür, kişi futbolunda say dəyişməyib. FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov və Rauf Cabarov yenə iş başında olacaqlar. Lakin yan xətt hakimlərinin siyahısında dəyişiklik qeydə alınıb. Akif Əmirəli, Zeynal Zeynalov, Namik Hüseynov və Mübariz Haşımov statusunu qoruyub.

Onlara Elşad Abdullayev və Pərvin Talıbov qoşulub. Bu cütlük Yaşar Abbasovla Rza Məmmədovu əvəzləyib.

Qadın futbolunda 6 hakimimiz var idisə, indi onlardan ikisi qalıb. Yuliya Qurbanova yeganə referimiz olacaq. Səbayel Kuzutürk isə beynəlxalq dərəcəsini itirib.

Referi köməkçisi Gülnurə Əkbərzadə də bu vəzifənin yeganə icraçısı qalıb. Aybəniz Əsgərzadə, Xəyalə Əzizzadə və Gülyana Özcan FİFA-nın siyahısından kənar düşüb.

Futzalda üç hakimimizdən yalnız biri - Hikmət Qafarlı yenə FİFA statusu daşıyacaq. Yusif Nurullayevlə Ramil Namazov isə cədvələ düşməyib.

Çimərlik futbolunda da itki qeydə alınıb. İnqilab Məmmədov yenə siyahıdadırsa, Əli Cəbrayılov və Sədaqət Herinx ora daxil edilməyib. Əvəzində Nail Nağıyev əlavə olunub./apasport.az/

_________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”