Qarabag Media
Haqqımızda Əlaqə

Kağızın keçdiyi tarixi yol


Tarix:6-12-2019, 14:15 Kateqoriya:Manşet / Maraqlı

Kağızın keçdiyi tarixi yol

Kağız, müxtəlif bölgələrdə və mədəniyyətlərdə zəngin inkişaf tarixinə malikdir və ən əhəmiyyətli ixtiralardan biridir. İnsanlar kağızın görünüşü və istehsalından çox əvvəl yazılı məlumatları müxtəlif əşyalarda saxlayırdılar – gil plitələr, ağac qabığı, iplər, papirus və perqament.

İlk yazı üçün nəzərə tutulan kağızlar 5 min il əvvəl Misirdə papirusdan hazırlanır. Papirus 4 metr hündürlüyə çatan və Nil sahilində böyüyən Cyperus papirus qamış bitkisindən hazırlanmışdır.

Kiçik Asiyada Pergam şəhərində quzu, dovşan, qoyun və keçi dərisindən perqament istehsal olunurdu. Perqament papirusdan daha bahalı olsa da, daha davamlı idi.

Tarixi yazılardan məlumdur ki, ilk kağız materialının kəşfi Çində olmuşdur. Kağız məmulatının 105-ci ildə naməlum çinli Tsay Lun (50-121) tərəfindən ixtira olunduğu bildirilir. Bəzi alimlər isə bu kəşfin daha əvvəllər məlum olduğunu iddia edirlər. Belə başa düşülür ki, Çin imperatoru Xe Diyə qulluq edən Tsyan Lun yalnız kağız nümunəsini yox, onun “sənaye” hazırlanma üsulunu təklif etmişdir. Əks halda imperator ona yüksək əmək haqqı, rütbə, imtiyaz verməklə var-dövlət sahibi etməzdi.

Biokütlə kimi tut ağacının (barama qurdu kimi) ipəyindən, bambuk zoğlarından, samandan, bitki xammalı tullantılarından, otlardan, yosunlardan və s. istifadə etmişdir.

VI-VII əsrlərdə kağız istehsalı Asiyanın digər ölkələrində də yaradılmağa başlanmışdır:

Məsələn, 600-ci ildə Koreyada, 625-ci ildə Yaponiyada kağız istehsalıgeniş vüsət almışdır.

751-ci ilin iyulunda indiki Qazağıstan və Qırğızstanın Talas çayı ilə sərhədlərində ərəblər qələbə qazanaraq var-dövlətlə yanaşı xeyli əsir ələ keçirmiş və bu əsirlərin arasında kağız istehsalı ustaları da olmuşdur. Bu əsirlərin sayəsində ərəblər özlərinin kağız sənayesini yaratmış və təkmilləşdirmişlər.

“Qərbdə” ilk kağız istehsalçısı Səmərqənd olmuşdur. 800-cü ildə Bağdadda, 1100-cü ildə isə Qahirədə kağız istehsalı qounmağa başlanmışdır.
Təəccüblü də olsa, avropalılar axırıncı olaraq kağız sənayelərini qurmuşlar. Görünür avropalılara kağızın istehsal ərəblərdən XI-XII əsrlərdə keçmişdir. Əvvəlcə İspaniya, İtaliya və Fransa, bir qədər sonra başqa Avropa ölkələri (1228- də Almaniya, 1309-cu ildə isə İngiltərədə kağız sənayesi yaranmışdır).

Beləliklə kağız tarixi və erası belə başlanmışdır. Hər bir ölkə də kağızın istehsal texnologiyasında az-çox öz yeniliklərini etmişlər. Yenilikçi italyanlar, məsələn, kağız üçün su işarələri tətbiq etmişlər, kağızın yapışması üçün heyvan yapışdırıcılarınadan istifadə etmişlər.

Rusiyaya XVI əsrin ortalarında kağız sənayesi üçün şərait çar IV İvan tərəfindən (Qrozniy) yaradılmışdır. Ancaq Rusiyada kağız istehsalı I Pyotr vaxtında olmuşdur. Daha dəqiq 1703-cü ildə birinci rus qəzet nüsxəsi çapdan çıxmışdır, çoxlu sayda kitab, elmi-texniki ədəbiyyatlar nəşr olunmuşdur. Bütün bunların çap olunması üçün çoxlu miqdarda kağıza ehtiyac olmuşdur. Öz kağız sənayesini inkişaf etdirmək və mükafatlandırmaq məqsədilə uzaqgörən I Pyotr öz millətinə xaricdən kağız idxalına qadağa qoymuşdur, hətta dəftərxana ləvazimatına da.
Bu hadisədən sonra III–IV əsrlərə qədər mövcud olan bütün yazı üçün hazırlanmış materiallar sıradan çıxmış və ancaq bu günkü kağızla əvəz olunmuşdur.

________________________________________________________________________________________________________












SON XƏBƏRLƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
Elza Seyidcahan deputatlığa namizəd oldu
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib