Qarabag Media
Haqqımızda Əlaqə

“Çadır şəhərciklərindən yeni qəsəbələrə” sənədli film hazırlandı


Tarix:30-11-2019, 01:34 Kateqoriya:Manşet / Mədəniyyət

“Çadır şəhərciklərindən yeni qəsəbələrə” sənədli film hazırlandı

"Baku Film School Production" və Humaintar Tədqiqatlar İctimai Birliyinin birgə hazırladığı “Çadır şəhərciklərindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimatı olub.

Karabakhmedia.az xəbər verir ki, 2019-cu ilin avqust ayından çəkilişlərinə başlanan film 1988-ci ildən Dağlıq Qarabağ münaqişəsinin başlanması, rayonların işğalı, məcburi köçkünlərin yerləşdirilməsi, onların çadırlarda çətin həyatı və yeni qəsəbələrə köçürülməsi ilə bağlı prosesləri əhatə edir.

Filmin hazırlanmasında Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi, Gəncə, Kəlbəcər, Zəngilan, Ağdam, Bərdə rayonu ictimaiyyətinin böyük rolu olmuşdur.

Filmin ssenari müəllifi və rejissoru, "Baku Film School Production" direktoru Əvəz Həsənovun sözlərinə görə, bu kimi filmlərin çəkilməsi üçün geniş auditoriya olmasına baxmayaraq, təəssüf ki, beynəlxalq auditoriyaya Azərbayacanda çətinliklər içində yaşayan məcburi köçkün obrazını tanıtmayıblar. Eyni zamanda beynəlxalq ictimaiyyət lazımi səviyyədə məlumatlı deyil ki, Azərbaycan kimi kiçik bir dövlət 1 milyona yaxın məcburi köçkün problemini necə həll edə bilib?

Yazıçı-publisist Kərim Kərimli çıxış edərək bildirdi ki, bu film məcburi köçkünlərin ağır həyat şəraitini göstərmək üçün yaxşı düşünülmüşdür. Məcburi köçkünlərin çadır və yataqxana həyatı barədə Azərbaycanda və onun hüdudlarından kənarda məlumatın olmamasına görə yeni nəsil 25 ildir ki, insanların ağır həyat şərtlərindən xəbərsizdir.

Tədbirdə çıxış edən “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov bildirdi ki, ölkəmizdə məcburi köçkünlərin problemlərinin həll olunmasında dövlətin üzərinə düşən yük ilə yanaşı beynəlxalq təşkilatların da rolu böyük olmuşdur. Azərbaycanda bu mövzuların geniş ictimaiyyətə çatdırılması üçün hazırlanmış bu film diqqətəlayiq təşəbbüsdür.

Filmdə zəngin arxiv materiallarından istifadə olunmaqla rayonların işğalı və məcburi köçkünlərin ölkə ərazisində, xüsusən çadır şəhərciklərində, vaqonlarda yerləşdirilməsi müsahiblərin və ekspertlərin dili ilə çatdırılıb. Burada yeni salınan qəsəbələr və onların şəraiti, insanların həmin qəsəbələrə köçürülməsi ilə bağlı proseslər və çətinliklərin izahı verilib.

Qeyd edək ki, Azərbaycan dilində, inglis subtitrləri ilə hazırlanan film Humaintar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində hazırlanıb. Filmi "Baku Film School Production" "youtube" ünvanından və yaxud “Bakufilmschool” "facebook" ünvanı üzərindən izləmək mümkündür.

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
"Belə çıxır ki, Ermənistan XİN rəhbəri görüşlərə sanki çay içməyə gəlir"
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Əlcəzairin yeni prezidenti məlum olub
Gürcü tarixçi İrəvan xanlığı haqda kitab yazdı
Jurnalist Zənurə Talıbova departament rəhbəri oldu
Xudu Məmmədov nəhəngliyi...
Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu
Parlament seçkilərini AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
Davudoğlu yeni partiyasını elan edib
Prezident “Laçın” tankerinin istismara verilmə mərasimində - FOTOLAR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...