Qarabag Media
Haqqımızda Əlaqə

Senator Lindsey Graham: “İran rejiminin ömrünə sayılı günlər qalıb”


Tarix:29-11-2019, 12:08 Kateqoriya:Manşet / Dünya

Senator Lindsey Graham: “İran rejiminin ömrünə sayılı günlər qalıb”

Amerikanın Respublikaçılar Partiyasından olan senator Lindsey Graham noyabrın 27-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın “dini” lideri axund Əli Xamneyidən, İranda baş verən son etirazlardan və islam respublikasının dünyaya qarşı təhdidindən danışıb.

Senator Lindsey Graham öz yazısında “Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlaminin Amerikaya və onun müttəfiqlərinə qarşı səsləndirdiyi son bəyanatına reaksiya verib: “Sepah” komandanı Hüseyn Səlaminin dediklərinin əksinə olaraq, İran xalqına qarşı ən böyük təhdid Amerika hökuməti və amerikalılar yox, “ayətullah” Xamneyinin özü kimi tərəfdarlarıdır.

İran rejimi və onun başçıları ölkəni və xalqın sərvətlərini qarət edərək, bütün regionda və dünyada sabitliyin pozulmasına sərf ediblər. Lakin mənim üçün artıq aşkarlanan bir şey var. O da budur ki, İran rejiminin ömrünə sayılı günlər qalıb.

Prezident Trampın İran rejiminə qarşı təzyiqləri davam edəcək və İran xalqının xeyrinə nəhəng dəyişikliklərə səbəb olacaq. İranın qatil rejimi devriləndən sonra dünya artıq daha təhlükəsiz bir məkana çevriləcək” –deyə, Amerikanın respublikaçı senatoru Lindsey Graham “Twitter” də yaydığı yazısında bəyan edib.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir./gunaztv/

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”