Cari ilin yanvar-oktyabr ayları arasında Qarabağ 40 mindən çox turist gəlib.
Karabakhmedia.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, qondarma “respublika”nın “Turizm Nazirliyi” bildirib ki, gələnlərin 25 minindən çoxu ABŞ, İtaliya, Fransa və s. kimi ölkələrin payına düşüb. Məlumatda bildirilib ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 48%-ə qədər artım deməkdir.
Separatçı rejim gələn tusitlərlə bağlı daha bir statistika təqdim edib. Göstərilir ki, Qarabağa gələnlərin 41,2%-i Qarabağ haqqında yaxın qohumları haqqında məlumat alıb, 24,9%-i isə daha əvvəl Qarabağa gələn şəxslərdir. Turistlərin 11,4%-nin isə bu barədə internetdən məlumat əldə etdiyi bildirilir. Turistlərin Qarabağa üz tutmasının əsas səbəbi kimi təbii gözəllikləri və tarixi zənginliyi göstərilir.
Bir sözlə, görünən odur ki, ermənilər işğaldakı torpaqlarımızın yeraltı sərvətləri ilə yanaşı, təbii gözəlliklərindən də yetərincə pul qazanmaqda davam edir./moderator.az/
Seymur ƏLİYEV_____________________________________________________________________________________________________-