Qarabag Media
Haqqımızda Əlaqə

Təhsil naziri Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb


Tarix:26-11-2019, 17:27 Kateqoriya:Manşet / Təhsil

Təhsil naziri Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Yekta Saraç Azərbaycanda səfərdə olub.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, səfərin birinci günü qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi ziyarət edilib.

Daha sonra Yekta Saraç rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycan Dillər Universiteti tərəfindən təşkil edilən tədbirdə iştirak edib. Tədbirdə Yekta Saraça “Universitetin Fəxri Doktoru” adı verilib.

Tədbirdən sonra Təhsil naziri Ceyhun Bayramov ilə Ali Təhsil Şurasının sədri Yekta Saraç arasında ikitərəfli görüş keçirilib. Görüşdə “Azərbaycanın Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”na istinad edilərək iki ölkənin ali təhsil müəssisələri arasında sıx əlaqələrin olduğu vurğulanıb, bu əlaqələri daha da genişləndirmək məqsədilə ali təhsil sahəsində hər iki ölkənin mövcud problemləri və gələcək inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən YÖK sədri tədbirə dəvət üçün təşəkkürünü bildirib, BDU-nun Azərbaycan-Türkiyə ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasında rolunu xüsusi vurğulayıb və ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

__________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”