Qarabag Media
Haqqımızda Əlaqə

Metro işçilərinin maaşı artırıldı


Tarix:26-11-2019, 14:14 Kateqoriya:Manşet / İqtisadiyyat

Metro işçilərinin maaşı artırıldı

“Bakı Metropoliteni” QSC-də çalışan əməkdaşların əməkhaqları artırılıb.

Karabakhmedia.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Maliyyə nazirinin 15 noyabr 2019-cu il tarixli məktubuna əsaslanaraq, Əmək Məcəlləsinin 158-ci maddəsinin 1-ci bəndinə və “Bakı Mertopoliteni” QSC üzrə “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.1-ci və 3.2.1-ci bəndlərinə müvafiq olaraq verilən əmrdə deyilir:

1. “Bakı Metropoliteni” QSC-də çalışan işçilərin aylıq (vəzifə) maaşları 1 noyabr 2019-cuil tarixindən 10 faiz həcmində artırılsın və Maliyyə Departamenti noyabr ayı üzrə əməkhaqlarının artımının hesablanmasını təmin etsin.

2. “Bakı Metropoliteni” QSC üzrə “Əməyin Ödənilməsi sistemi, tarif (vəzifə) maaşları, onlara əlavələrin tətbiq edilməsi qaydaları haqqında Əsasnamə”nin tərkib hissəsi olan əlavələrdə qeyd olunan tarif ( vəzifə) maaşları artım nəzərə alınmaqla təsdiq edilsin.

3. “Bakı Metropoliteni” QSC üzrə qəbul edilmiş “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.2.16 bəndinə müvafiq olaraq xidmət illərinə görə işçilərin yeni mükafat ölçüləri ilə əvvəlki mükafat ölçülərinin məbləği arasında yaranmış əlavə məbləğlərə dair siyahı təsdiq edilsin.

4. Bakı Metropoliteni” QSC-nin 10 yanvar 2019-cu il tarixli 15 saylı əmrinə əsasən? yeni əməkhaqqı sisteminə keçidlə bağlı əməkhaqlarında azalma fərqi yaranan işçilərin yeni siyahısı 1 noyabr 2019-cu il tarixinə təsdiqlənsin.

5. “Bakı Metropoliteni” QSC üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə ödənilən aylıq ödəncin miqdarı 10 faiz artırılsın.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-aın sorğusuna cavab olaraq, metropolitençilərin əməkhaqlarının artırıldığını təsdiqləyib.

Gülşən RAUFQIZI

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
"Belə çıxır ki, Ermənistan XİN rəhbəri görüşlərə sanki çay içməyə gəlir"
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Əlcəzairin yeni prezidenti məlum olub
Gürcü tarixçi İrəvan xanlığı haqda kitab yazdı
Jurnalist Zənurə Talıbova departament rəhbəri oldu
Xudu Məmmədov nəhəngliyi...
Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu
Parlament seçkilərini AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
Davudoğlu yeni partiyasını elan edib
Prezident “Laçın” tankerinin istismara verilmə mərasimində - FOTOLAR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...