Qarabag Media
Haqqımızda Əlaqə

Tofiq Zülfüqarov: “Qarabağ probleminin həlli yolu hamıya bəllidir”


Tarix:25-11-2019, 16:27 Kateqoriya:Manşet / Qarabağ

Tofiq Zülfüqarov: “Qarabağ probleminin həlli yolu hamıya bəllidir”

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri cəmiyyətimizdə birmənalı qarşılanmış deyil.

Maraqlıdır, jurnalist səfərlərinin Qarabağ probleminin həllinə hər hansı faydası ola bilərmi? Diplomatik müstəvidə həlli dalana dirənən problemi jurnalist səfərləri hesabına həll etmək nə dərəcədə məntiqli və inandırıcı görünür?

Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov probemin həlli yolunun Azərbaycan ictimaiyyətinə bəlli olduğunu vurğuladı:

“Konfiliktin həlli yolu hamıya bəllidir. Azərbaycan ictimaiyyəti bu yolu çox yaxşı görür. Təbii ki, işğal edilmiş ərazilərin azad edilməsi baş verməsə, o zaman problemin öz həllini tapması, münaqişənin nizamlanması mümkün deyil. Bu, bəllidir. Bu, həm Azərbaycan dövlətinin, həm də Azərbaycan ictimaiyyətinin mövqeyidir.

Görünən odur ki, Ermənistanda həm rəsmi dairələdə, həm də ictimaiyyətdə reallıqdan uzaq mövqe var. Onlar heç bir potensiala malik olmadan düşünürlər ki, işğal edilmiş əraziləri saxlaya bilərlər. Bəlkə də onların Azərbaycanın indiki durumu, vəziyyəti ilə Ermənistanı müqayisə etmələri məqsədəuyğun olar. Jurnalistərin səfərləri yalnız bu baxımdan faydalı ola bilər. Qalan digər baxımdan bu səfərlərin hər hansı faydası olmayacaq.

Problemin həllini istəyiriksə, o zaman reallığa əsaslanan baxış tətbiq etməyimizə ehtiyac var”.

Seymur ƏLİYEV

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
"Belə çıxır ki, Ermənistan XİN rəhbəri görüşlərə sanki çay içməyə gəlir"
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Əlcəzairin yeni prezidenti məlum olub
Gürcü tarixçi İrəvan xanlığı haqda kitab yazdı
Jurnalist Zənurə Talıbova departament rəhbəri oldu
Xudu Məmmədov nəhəngliyi...
Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu
Parlament seçkilərini AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
Davudoğlu yeni partiyasını elan edib
Prezident “Laçın” tankerinin istismara verilmə mərasimində - FOTOLAR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...