Qarabag Media
Haqqımızda Əlaqə

Gələn ildən İcbari Tibbi Sığorta mərhələli şəkildə tətbiq ediləcək


Tarix:25-11-2019, 15:58 Kateqoriya:Manşet / Tibb

Gələn ildən İcbari Tibbi Sığorta mərhələli şəkildə tətbiq ediləcək

2020-ci ildən etibarən İcbari Tibbi Sığorta mərhələli şəkildə tətbiq ediləcək.

Karabakhmedia.az xəbər verir ki, bunu Milli Məcılisdə çıxışı zamanı Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Komitə sədri əlavə edib ki, bu gün deputatların müzakirəsinə təqdim edilən "Tibbi sığorta haqqında” qanun layihəsi bu baxımdan əhəmiyyət daşıyır.

Akademik əlavə edib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər aparılıb, pilot layihələr keçirilib, başqa ölkələrin təcrübəsi öyrənilib.

Onun sözlərinə görə, icbari tibbi sığorta Azərbaycan Prezidentinin həyata keçirdiyi social islahatların vacib komponenti, böyük sosial proqramdır: "Komitədə bu məsələni geniş müzakirə etdik. İcbari tibbi sığortanın 2020-ci ildən ölkə üzrə həyata keçirilməsi tam realdır. Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi mümkündür. Bunun üçün icbari tibbi sığortanın qanunvericiliyi olmalıdır. 20 il əvvəl qanun hazırlanıb. Bir il əvvəl qanunda 100-dən artıq dəyişiklik etdik. İndi təqdim edilən layihədə 8 maddəyə 126 əlavə və dəişikliklər təklif olunur”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zair Əliyev deyib ki, 2018-ci ilin dekabrında "Tibbi sığorta haqqında” qanuna dəyişikliyə edilib: "Bu icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı olub. Biz tibb müəssisələrinin hazırlığına dair işlər görmüşdük. Ümumi baza sisteminin qurulması həyata keçirilib. Eləcə də inzibati quruculuq işlərinə dair məsələlər öz həllini tapıb. İstər tibb müəssisələrinin tibbi heyəti, istərsə də əhalimiz bu xidmətdən məlumatlı deyil, çünki əhali bu xidmətlərdən istifadə etməyib. Biz bunu pilot layihələri zamanı da gördük. Odur ki, prosesin mürəkkəbliyini, tibb müəssisələrinin maliyyələşməsinin köklü dəyişməsini nəzərə alaraq tibbi sığortanın mərhələli şəkildə tətbiqini təklif edirik. Birinci rübdə 20 rayonda icbari tibbi sılğorta tətbiq ediləcək. Bu, şimal rayonlarıdır. İkinci rübdə qərb bölgəsini əhatə edəcək 17 rayonda proses başlanılacaq. Üçüncü rübdə cənub bölgəsini əhatə edən 14 rayonda da bu işlərə başlanılacaq. Dördüncü rübdə isə Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqi ilə xidmət ölkə üzrə tam işləyəcək”.

___________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”