Qarabag Media
Haqqımızda Əlaqə

“Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr edilib


Tarix:22-11-2019, 23:37 Kateqoriya:Manşet / Cəmiyyət

“Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı”  monoqrafiyası nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” adlı monoqrafiya işıq üzü görüb.

Karabakhmedia.az xəbər verir ki, həmmüəllif işi olan monoqrafiya Elm Tarixi İnstitutunun Elmi şurasının qərarına əsasən çap olunub. Monoqrafiyanın müəllifləri – İnstitutun direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli və əməkdaşları tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və Solmaz Namazovadır. Monoqrafiyanın elmi redaktoru AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.

Azərbaycan elm tarixində bir ilk olan monoqrafiya qədim dövrdən müasir dövrədək Azərbaycanın tibb tarixinin bütün məqamlarına aid qaynaqların və tarixşünaslığın araşdırmasıdır. Tədqiqat obyekti olmuş problem bundan əvvəl demək olar ki, geniş formada tədqiq edilməmişdir. Əsər iki bölümdən ibarətdir. Birinci bölüm qaynaqlar haqqında məlumatlar, qaynaqların təsnifatı və onların müəllifləri haqqındadır. Xronoloji ardıcıllığın qorunduğu ikinci bölüm isə tibbin tarixşünaslığına həsr olunub.

Kitab hazırlanarkən, əlyazmalar, müxtəlif dilli qaynaqlar və müasir tədqiqatlardan kompleks şəkildə istifadə edilmişdir. Monoqrafiyanın bir çox elmi yenilikləri mövcuddur. Belə ki, ilk dəfədir ki, hər hansı bir elm sahəsinin spesifik formada qaynaqları və mənbəşünaslığına ayrıca tədqiqat əsəri həsr olunmuş, tibb tarixinin qaynaqları və tarixşünaslığı təsnif olunmuş, təsnifat haqqında ayrıca məlumat verilmiş, “Avesta” kitabı tam şəkildə nəzərdən keçirilərək onun içərisindən bütün tibbi biliklər çıxarılmış, bir çox ingilisdilli ədəbiyyatdan istifadə olunmuş, Azərbaycan mətbuatında təbabətə dair mövcud olan məlumatlar müxtəlif istiqamətlərdə araşdırılmış və ilk dəfə olaraq, AMEA, M. Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmalardan istifadə olunmuşdur.

Monoqrafiya tələbə, magistr, doktorant, tarixçi mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Karabakhmedia.az

_________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?
Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
Mahir Abbaszadə Yeni Günəşli qəsəbəsində laçınlılarla görüşdü - FOTOLAR
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
Hacı Salayev namizədliyini geri götürdü: "İki dəfə deputat olmuşam, bəsdir"
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Seçki Məcəlləsinin tələblərinə əməl edin”
Həkimlərə şad xəbər: MAAŞLARI ARTIRILIR
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Naməlum şəhidin nəşi şəhidlər xiyabanında dəfn olundu - FOTOLAR
Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı - FOTO
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu
“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı
İçərişəhərdə iki bina restavrasiya edilir
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi
İmişlidə şəhidin nəşi məzardan çıxarıldı – VİDEO
Ruhani nüvə silahı ilə bağlı söz verdi
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - II YAZI
Mehdi Mehdiyev Qobu qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirdi - FOTOLAR
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Qaradağda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTOLAR
Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI