Qarabag Media
Haqqımızda Əlaqə

Çovdarda 100 min ağac tingi yetişdiriləcək


Tarix:22-11-2019, 16:24 Kateqoriya:Manşet / İqtisadiyyat

Çovdarda 100 min ağac tingi yetişdiriləcək

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli və əlvan metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində ardıcıl ekoloji tədbirlər həyata keçirməkdədir. Bu tədbirlərin davamı olaraq, Cəmiyyət “Regional İnkişaf” İctimai Birliyi və İDEA İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində ətraf mühitin mühafizəsi istiqamətində yeni yaşıllaşdırma layihəsinin icrasına başlayır.

Layihə çərçivəsində Balakən rayonunda yerləşən meşə ərazisindən 500 kq-dan çox palıd qozası tədarük edilib. Palıd qozalarından ayrılan 100 mindən çox toxum Çovdar Filiz Emalı sahəsində tingliyin salınması üçün istifadə olunacaq. Hal-hazırda 20 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib və əkim prosesi davam etdirilir.

Layihənin məqsədi yaşıllaşdırma işlərinin həyata keçirilməsi ilə ətraf mühtin mühafizəsi, həmçinin mədən ərazilərində hasilat zamanı təbiətə potensial mənfi təsirlərin qarşısının alınmasıdır.

Tinglərin daimi yerinə köçürülməsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Qeyd edək ki, yetişdiriləcək palıd tingləri ağacəkmə aksiyalarında istifadə edilərək təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasına imkan yaradacaq.

Xatırladaq ki, Cəmiyyət ekoloji siyasət çərçivəsində öhdəliklərin yerinə yetirilməsi məqsədilə fəaliyyət göstərdiyi ərazilərdə ekoloji tarazlığın qorunması və bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bu sahədə fəaliyyət göstərən digər aidiyyatı dövlət və özəl qurumlarla birgə davamlı işlər həyata keçirir. Çovdar filiz emalı sahəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq tozölçmə işlərinin həyata keçirilməsi, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillərin aparılması, eyni zamanda istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanuna müvafiq şəkildə idarə olunması kimi tədbirlər “AzerGold” QSC tərəfindən reallaşdırılmaqdadır. QSC tərəfindən ekoloji siyasət çərçivəsində ətraf ərazilərin tullantılardan təmizlənməsi üçün mütəmadi iməcilik aksiyaları keçirilir. Bu kimi tədbirlərin həyata keçirilməsi nəticəsində Çovdar Filiz Emalı sahəsində bugünədək 8000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb.

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”