Qarabag Media
Haqqımızda Əlaqə

UEFA "Qarabağ"ın erməni təxribatı ilə üzləşdiyi stadionla bağlı ultimatum verib


Tarix:22-11-2019, 12:40 Kateqoriya:Manşet / İdman

UEFA "Qarabağ"ın erməni təxribatı ilə üzləşdiyi stadionla bağlı ultimatum verib"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Lüksemburq "Düdelanj"ı turnirdəki növbəti APOEL-lə matçını öz stadionunda keçirməyə bilər.

"Report" "Lessentiel" portalına istinadən xəbər verir ki, buna səbəb “Jozi Bartel” stadionunun ot örtüyünün yararsız vəziyyətdə olmasıdır. Artıq UEFA bununla bağlı klubuna ultimatum verib.

Bildirilib ki, ot örtüyünü dəyişdirmək kluba 150 min dollara başa gələcək. Lüksemburq təmsilçisinin prezidenti Romain Schumaçer UEFA nümayəndələri ilə danışıqlar aparmağa çalışdığını açıqlayıb. O, təbii örtüyü süni örtüklə əvəz etməyi təklif edib. Bu isə kluba 50 min avroya başa gələcək.

Klub ötən il eyni halla rastlaşıb. "Düdelanj" İspaniya "Betis"ini (0:0) şaxtalı havada qəbul etməli olub.

Nəşrdə qeyd olunub ki, bu mövsüm Avropa Liqasında acınacaqlı şəraitdə iki oyun keçirilib. Bunlardan biri "Qarabağ"a uduzduqları (1:4), Digəri isə İspaniya "Sevilya"sına məğlub olduqları (2:5) qarşılaşmadır. Daha sonra Lüksemburq yığması bu arenada Portuqaliyanı qəbul edib. İtaliya "Yuventus"unda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldu buranı "kartof sahəsi" adlandırıb.

"Düdelanj" - APOEL oyununun ölkədən kənarda keçirilməsi ehtimalı da var.

Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”la görüşünün 30-cu dəqiqəsində ikinci qolundan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib. Matç "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 4:1.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin A qrupunda Kipr APOEL-i ilə birgə 4 xalı var. Lakin APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var. Noyabrın 28-da keçiriləcəcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Eyni vaxtda APOEL-in "Düdelanj"la səfər matçı start götürəcək. Azərbaycan komandası növbəti mərhələ şansını qorumaq üçün "Sevilya"dan xal almalı və ya APOEL-in xal itirəcəyinə ümid etməlidir.

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür
Türkiyədə zəlzələdə ölənlərin sayı 39-a çatdı
Azərbaycanda sosial-fəlsəfi fikrin təbliğində Əddin Şakirzadənin rolu - II YAZI
Polis Bakıda əməliyyat keçirib, silahlı şəxslər həbs ediliblər
Cenevrə görüşü Qarabağ probleminin həllinə nə verəcək?
Əfqanıstanda içərisində 83 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Qorxulu virus Çinin sərhədlərini aşır
Azərbaycan Çinə uçuşları müvəqqəti dayandırır
Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR
Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovulub - Ceyhun Bayramov
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı və yeri açıqlanıb
Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
Mahir Abbaszadə Yasamalda məskunlaşmış laçınlılarla görüşüb - FOTOLAR
Mehdi Mehdiyev Novxanı və Güzdək qəsəbələrində seçicilərlə görüş keçirib - FOTO
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır