Qarabag Media
Haqqımızda Əlaqə

Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO


Tarix:21-11-2019, 22:54 Kateqoriya:Manşet / Mədəniyyət

Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO

Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib.

Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin və Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş “Alı zirvəsi” filminin təqdimatı keçirilib. Tanınmış jurnalist Azər Süleymanlının aparıcılığı ilə keçirilən tədbirin əvvəlində qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Qarakənd faciəsinin ildönümündə təqdim edilən filmin təqdimat mərasimində ilk olaraq, “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev çıxış edərək vətənimizin bütövlüyü və müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanlar haqqında filmlər çəkilməsinin vacibliyini bildirdi və qeyd etdi ki, bu cür filmlər gələcək nəsil üçün mühüm əhəmiyyət daşıyır. Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin rəhbəri Arzu Bağırova çıxışında Alı Mustafayevin xatirəsinə həsr edilmiş filmin ictimaiyyətə təqdim edilməsinə dəstək olduqları üçün məmuniyyət duyduğunu ifadə etdi. Qeyd etdi ki, rəhbərlik etdiyi təşkilat yarandığı gündən maarifləndirici layihələrə dəstək verməklə yanaşı, şəhid ailələri, qazilərimizlə görüşərək onlara diqqət ayırır, gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi önəm verir. “Odur ki, bu filmin ictimaiyyətə təqdim edilməsində biz də vətəndaş cəmiyyətinin bir nümayəndəsi kimi, öhdəmizə düşən missiyanı yerinə yetirməyə çalışdıq. Şəhid ailələri, qazilərimizə təşəklür edir, filmi ərsəyə gətirən yaradıcı kollektivə, Mədəniyyət və Turizm Nazirliyinə və əlaqədar qurumlara təşəkkür edirəm. Alı Mustafayevin qaynar həyatı gənclərimiz üçün bir örnəkdir”. RHİM İB-nin sədri həmçinin Prezident İlham Əliyevin dövlətimizin daha da güclənməsi üçün həyata keçirdiyi siyasəti dəstədiklərini bildirdi. Daha sonra filmin rejissoru və ssenari müəllifi Kəmalə Musazadə Birinci Qarabağ müharibəsində Qazaxın sərhəd bölgəsində qanlı döyüşlərin getdiyini xatırlatdı, həmin bölgənin əhalisinin vətənin müdafiəsində fəal olduqlarını bildirdi. Onun sözlərinə görə, 2011-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi, “Yaddaş” və “Salnamə” kinostudiyalarının dəstəyi ilə milli qəhrəmanlarımızın həyat və döyüş yoluna həsr edilmiş 90 film çəkilib və bu cür filmlərin çəkilişi ilin sonunadək davam edəcək. Tanınmış şair, ziyalı Nəriman Həsənzadə tədbirdə çıxış edərək Alı Mustafayev barədə ərsəyə gələn filmə görə təşəkkür etdi və bu cür layihələri yüksək qiymətləndirdi, onunla bağlı xatirələrini bölüşdü. Daha sonra Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva 1991-ci il noyabrın 20-də Qarakənd səmasında erməni işğalçıları, erməni silahlıları tərəfindən vurulmuş “Mi-8” vertalyotunda şəhid olmuş bütün ziyalılarımıza Tanrıdan rəhmət dilədi, onlar arasında olan mərhum jurnalist Alı Mustafayevin vətənsevərliyindən, jurnalist kimi müharibənin qaynar dövründə Qarabağda baş verən hadisələrin dünyaya çatdırmaq istəyindən söz açdı. Bildirdi ki, o, vətənpərvər ziyalı olmaqla yanaşı, həm də işini bilən bir jurnalist, qələm adamı, kövrək duyğulu şair idi. “Filmdə və filmin təqdimatında əməyi keçənlərə təşəkkür edirik. Ancaq ilk növbədə təşəkkürü şəhidlərimizə edirik. Onların qəhrəmanlıqlarıdır ki, biz bu gün onların işığına toplaşmışıq.Alı Mustafayevin jurnalist kimi fəaliyyəti və böyüklüyü bu gün də Azərbaycan jurnalistikasında gələn gənc nəsil üçün örnəkdir. Onun xəstə olmasına baxmayaraq, son səfərə getmə səhnəsi bu gün də xatirələrdədir. Həmin ərəfədə Qaradağlıda soyqırım yaşamışdıq. Bizim ziyalılarımız, dövlət xadimlərimizin olduğu vertalyot Qarakənd səmasında separatçı, işğalçı erməni gücləri tərəfindən vuruldu. Alı Mustafayev o heyətdə ona görə var idi ki, gerçəkləri jurnalist olaraq, Azərbaycan cəmiyyətinə, dünyaya daha çox çatdırmaq istəyirdi. Odur ki, o bizim gənc nəsil üçün həm vətəndaş, insan, şair və jurnalist kimi örnəkdir.” Daha sonra “Qazax” Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Kamran Nəbizadə, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu çıxış edərək bu cür filmlərin çəkilməsini vətənpərvər gənc nəslin yetişməsində mühüm rol oynadığını qeyd etdilər. Sonra “Alı zirvəsi” filmi nümayiş etdirildi. Film nümayişindən sonra Alı Mustafayevin ailə üzvləri ürək sözlərini bölüşdülər. Milli Qəhrəmanın çıxış edən həyat yoldaşı Lalə Mustafayeva “Alı zirvəsi” filminə görə əməyi keçən hər kəsə təşəkkür etdi. Bildirdi ki, şəhid ailələri, milli qəhrəmanlar və onların ailələri hər zaman cəmiyyətin və dövlətin diqqətindədir. Filmə baxdıqdan sonra Alı Mustafayevi bir insan, vətənpərvər şəxs kimi yenidən kəşf etdiyini dilə gətirdi. Milli Qəhrəmanın oğlu Tural Mustafayev atasını uşaq yaşlarında görsə də, onun kimi vətənpərvər ziyalı, Milli Qəhrəmanın oğlu olmaqdan fəxr etdiyini bildirdi. Tədbirdə vətəndaş cəmiyyətinin fəalları, rəsmi şəxslər, Qarabağ müharibəsi qaziləri, şəhid ailələri və eləcə də Alı Mustafayevin ailə üzvləri, tələbə yoldaşları iştirak ediblər.

Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO

Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO

Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO

Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO

Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?
Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
Mahir Abbaszadə Yeni Günəşli qəsəbəsində laçınlılarla görüşdü - FOTOLAR
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
Hacı Salayev namizədliyini geri götürdü: "İki dəfə deputat olmuşam, bəsdir"
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Seçki Məcəlləsinin tələblərinə əməl edin”
Həkimlərə şad xəbər: MAAŞLARI ARTIRILIR
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Naməlum şəhidin nəşi şəhidlər xiyabanında dəfn olundu - FOTOLAR
Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı - FOTO
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu
“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı
İçərişəhərdə iki bina restavrasiya edilir
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi
İmişlidə şəhidin nəşi məzardan çıxarıldı – VİDEO
Ruhani nüvə silahı ilə bağlı söz verdi
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - II YAZI
Mehdi Mehdiyev Qobu qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirdi - FOTOLAR
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Qaradağda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTOLAR
Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI