Qarabag Media
Haqqımızda Əlaqə

Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı


Tarix:21-11-2019, 14:33 Kateqoriya:Manşet / Siyasət

Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı

Ötən həftə Fransada Ermənistanın baş naziri Nikol Paşinyanla bir beynəlxalq tədbirdə görüşən və ona sərt suallar ünvanlayan ictimai-siyasi fəal Bəxtiyar Hacıyev bu həftə Milanda Paşinyanın çıxış etdiyi kilsəyə daxil olaraq, onunla polemikaya girən Ata Abdullayevin hərəkətinə dair fikirlərini yazıb.

Karabakhmedia.az B.Hacıyevin sosial mediada dərc olunmuş qeydlərini təqdim edir.

***

"Məncə, əlavə şərhə ehtiyac yoxdur. Bir balaca ağlı olan, prosesləri müşahidə edən insan üçün aydındır nə baş verir. "Bəxtiyar Hacıyev Paşinyana sual verdi, ictimaiyyət təqdir etdi, Bəxtiyarın qqarşısını almaq cəhdləri uğursuz oldu, hələ üstəlik İTV-yə çıxdı. Davay, göndərək Ata Abdullayevi, şüvən salsın, beləcə də bütün yaxşı şeylər kimi bu fəaliyyətlərin də içinə kaka edək, heç kim daha belə şeylər edib, özünü Ata ilə müqayisə etdirməsin". Kaka elədilər də.

Necə ki, yanvar-mart aylarında prezidentlə bağlı "islahatlara başlayıb" fikri yayılanda, 50-dən çox siyasi məhbus azadlığa buraxılanda birdən-birə Ata Abdullayev Vyanada prezidentin olduğu binaya düşdü, onunla fotosu çəkildi, dərhal da bütün tənqidçilərin inboxuna göndərildi ki, "bu da sizin islahatçınız" fikri yayılsın.

Mənə "Bəxtiyar gərək orada aqressiv olardı, Paşinyanı sual atəşinə tutub, moizəsini dinləməzdi, ona pas verdi" kimi mənasız iradlar bildirən ağzıgöyçəklər gördülər dünən "iş"lərinin nəticəsini. Haqqın.az məni tənqid edib, bu rüsvayçılığı manşet xəbər kimi verdi. Əgər mənimlə Paşinyan arasında söhbətdən sonra Paşinyan fırlanıb, gəlib, mənimlə görüşdüsə, gülərüz sağollaşdısa, auditoriyadakılar bizi sivil, mədəni, yeri gələndə qələm uzadaraq da olsa, incə jest edən xalq kimi tanıdılarsa, dünən bütün erməni saytları Ata timsalında Azərbaycan xalqını səviyyəsiz, ədəbsiz, tərbiyəsiz, şüvən xalq kimi təqdim etdi.

Nəhayət, Ata Paşinyana iki böyük pas atdı ki, Paşinyan Azərbaycanın eks prezidenti A.Mütəllibovun ağzından "Xocalı qətliamını özünüz törətmisiniz" desin və Azərbaycanın indiki prezidenti barədə "sizin prezidentinizin olduğu yerə erməni yaxınlaşıb, sual verə bilməz" fikrini səsləndirsin. Mən hələ işğalçı ölkə liderinə yalvarmağını, bu prosesi lentə almaq üçün dəridən-qabıqdan çıxmağını və başqa şeyləri demirəm.

Ata və onu ora göndərənlər dünən Azərbaycana, Azərbaycan xalqına, Azərbaycanın nüfuzuna və gələcəyimizə böyük bir zərbə vurdular. Onu və onun ağılda, mədəniyyətdə, əxlaqda olan adamları adam içinə çıxaranlar da elə o ağıldadır.

Bu gün on minlərlə gənclər layiq olduqları yerlərdə deyilsə, bu onların günahları deyil. Bu, bir çoxlarının layiq olduqları yerlərdən yuxarılarda olmasının nəticəsidir. Ata və onu ora göndərənlərin olduğu kimi".

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi