Qarabag Media
Haqqımızda Əlaqə

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib


Tarix:21-11-2019, 14:04 Kateqoriya:Manşet / Siyasət

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümü ilə bağlı partiyanın qərargahında tədbir keçirilib.

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əvvəllərindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanır. O dövrdə baş verən məlum hadisələr ölkəni dərin böhranlı vəziyyətə gətirib çıxarmışdı. O zamankı hakimiyyətin yarıtmaz fəaliyyəti vəziyyəti daha da gərginləşdirirdi. Həmin dövrdə bütün diqqət ulu öndər Heydər Əliyevə yönəlmişdi. Partiyanın yaradılmasına Ulu Öndəri ölkəmizi çətin vəziyyətdən çıxarmaq üçün hakimiyyətə gətirməyin yolu kimi baxılırdı. Sevindirici haldır ki, tarix Ümummilli Liderə və onun yaratdığı partiyaya etimadı təsdiq etdi. Qısa zamanda ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının təmin edilməsi istiqamətində addımlar atıldı. Partiya yarandıqdan 6 ay sonra iqtidara gəldi və bugünkü möhtəşəm uğurlarımız üçün münbit şərait yarandı.

Əli Əhmədov qeyd edib ki, bu gün Azərbaycan dünyada öz yeri, nüfuzu olan dövlət kimi tanınır. Azərbaycan hazırda dünyanın ən sabit ölkələrindəndir. 1990-cı illərin əvvəllərində dağılmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın tarixində heç zaman bir partiyanın tərkibində bu sayda üzv olmayıb. Lakin partiyamız təkcə bu sayla fəxr etmir. Eyni zamanda, partiya üzvləri ölkəmizin inkişafına töhfə vermək əzmindədirlər. Bu isə ulu öndər Heydər Əliyev məktəbinə olan rəğbətdən irəli gəlir. Bu gün Azərbaycan vətəndaşları Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətini dəstəkləyir. Bu siyasət isə Azərbaycan vətəndaşına xidmətdən ibarətdir.

Dövlət Statistika Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov o dövrdə mövcud olan gərgin ictimai-siyasi vəziyyət barədə ətraflı danışıb. Bildirib ki, həmin illərdə ümummilli lider Heydər Əliyev öz həyatını təhlükəyə ataraq Azərbaycana qayıtdı, xalqımızı çətin şəraitdən çıxarmaq üçün əməli addımlar atdı. Yarıtmaz hakimiyyət xalqımızı böyük çətinliklərlə üz-üzə qoymuşdu. Ziyalılar bu vəziyyətdən çıxmağın yolunu Ulu Öndəri Azərbaycana dəvət etməkdə görürdülər. Çoxsaylı çağırışları cavabsız qoymayan Ulu Öndər siyasi hakimiyyətə qayıtdı və çətin vəziyyətdə xalqın yanında oldu. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə xalqımız üzləşdiyi bəlalardan xilas oldu. Ordu quruculuğu prosesində əməli addımlar atıldı. Bu isə tezliklə öz nəticəsini verdi. "Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndərin apardığı düşünülmüş siyasətin ən bariz nümunəsi idi. Bu addımla xalqımızın sosial rifahında böyük dəyişikliklər baş verdi.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aytəkin Hacıyeva, YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri Sadiq Əliyev, Bakı Slavyan Universitetinin tələbəsi Səbinə Nəsibli ulu öndər Heydər Əliyevin və onun yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və dövlətimizin rifahı naminə gördüyü işlərdən bəhs ediblər. (AZƏRTAC)

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”