Qarabag Media
Haqqımızda Əlaqə

İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”


Tarix:20-11-2019, 09:53 Kateqoriya:Manşet / Gündəm

İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”Onunla dalaşıb ayrılan partiya sədrləri nələr danışdı?

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) qurucusu İsgəndər Həmidov siyasətdən uzaqlaşıb. Bu barədə modern.az-a açıqlamasında İsgəndər Həmidovun özü məlumat verib. O, noyabrın 19-da AXH-nin qərargahında son iclasının yekununda qərarını hərəkat üzvlərinə açıqladığını deyib: “Həkimlərin məsləhəti ilə yenidən-üçüncü dəfə əməliyyat olunmalıyam. Artıq ayın 22-23-ü Türkiyəyə qayıdacağam. Ürəyimdə hələ 2 damar da tıxanmış qalıb. Onları bərpa etmək üçün əməliyyata ehtiyacım var.

Daha yaşlanmışam və həkimlərin də məsləhəti ilə siyasətdən uzaqlaşmalı oldum".

Qeyd edək ki, İsgəndər Həmidovun təşəbbüsü və təşkilatçılığı ilə bu ilin əvvəlində çoxlu sayda partiya sədrləri, tanınmış ictimai-siyasi xadimlər, Qarabağ qazilərindən ibarət Azərbaycan Xalq Hərəkatı adlı qurum yaradılıb. İlk aylarda ciddi aktivliyi ilə seçilən AXH hakimiyyətin də diqqətini cəlb etmişdi və qurumun bütün bölgələrdə təşkilatlanmağa başlayan çoxsaylı üzvlərinin bir müddət polisə aparılması da müşahidə olunmuşdu.

AXH ilə bağlı müşahidə olunan daha bir proses isə onun daxilində yaşanan gərginliklər oldu. Növbəli sədrlik sistemi ilə idarə olunan qurumda bir sıra partiya sədrləri və tanınmış şəxslər arasında qarşıdurmalar baş qaldırdı. Sonradan bu tendensiya İsgəndər Həmidova qarşı irəlilədi. AXH-nin rəhbərliyində təmsil olunan AĞ Partiyanın sədri Tural Abbaslı və Azadlıq Partiyasının sədri Əhməd Orucun İsgəndər Həmidovla münasibətləri daha da kəskinləşdi. Nəticədə AXH-dən qopmalar oldu və hərəkat iki hissəyə ayrıldı.

Etibar SEYİDAĞA

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”