Qarabag Media
Haqqımızda Əlaqə

AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB


Tarix:20-11-2019, 00:45 Kateqoriya:Manşet / İdman

AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB

Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma AVRO-2020-nin seçmə mərhələsində çıxışını başa vurub.

Milli səfərdə Slovakiya ilə görüşüb. Trnavadakı qarşılaşmayadək qrup sonuncusu olduğu dəqiqləşən yığma nüfuz və təsəlli üçün meydana çıxıb.

İlk yeddi görüşdə 1 xal qazanan komanda hesabını artırmaq imkanına da malik olub. Düzdür, matçın ilk 45 dəqiqəsi meydan sahiblərinin diktəsi ilə keçib.

Final mərhələsinə yüksəlmək şansı olan slovakiyalılar böyük üstünlüyü qola da çeviriblər. Robert Bojenik fərqlənib. Meydan sahibləri daha bir neçə qol imkanı da əldə etsə də, yararlana bilməyib.

İkinci hissədə ssenari dəyişib. Buna daha çox paralel keçirilən Uels – Macarıstan matçının axarı təsir edib. Həmin görüşdə yalnız heç-heçə olmasına bel bağlayan slovakiyalılar buna ümidini itirdikdən sonra ruhdan düşüblər.

Uels ikinci qolu vurduqdan sonra Trnavada Azərbaycan yığması təşəbbüsə yiyələnib. Təhlükəli hücumlar təşkil edən futbolçularımız bir neçə dəfə real qol imkanı da qazanıb. Lakin oyunçuların ustalıq səviyyəsi tarazlıq yaratmaq üçün yetərli olmayıb. Əvəzində meydan sahibləri fərqi artırıblar. Marek Hamşik Emil Balayevi məyus edib.

Beləliklə, tsiklin bütün səfər oyunlarında olduğu kimi yenə uduzan yığma mərhələni cəmi 1 xalla başa vurub.

***

Saat. 01:38


AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Slovakiya - Azərbaycan matçında hesab dəyişib.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Trnavada keçirilən oyunda qapısında daha bir qol görüb. Marek Hamşikin zərbəsi dəqiq alınıb - 2:0.

***

Saat. 00:46


AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb.

APA -nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma 0:1 hesabı ilə məğlub durumdadır.

***

Saat. 00:30


AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Slovakiya - Azərbaycan matçında ilk hissə yekunlaşıb.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma fasiləyə 0:1 hesabı ilə məğlub durumda yollanıb.

***

Saat. 00:05


Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya ilə görüşdə hesabda geri düşüb.

Apasport.az saytının məlumatına görə, Trnavada keçirilən matçın 19-cu dəqiqəsində qonaqların heyətində Robert Bojeník fərqlənib - 0:1.

***

Saat. 23:45


Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma AVRO-2020-nin seçmə mərhələsində son matçına çıxacaq.

Keçirdiyi 7 qarşılaşmada cəmi 1 xal toplayan milli Slovakiya ilə görüşəcək. Trnavadakı görüşdə yığma xal qazanmağa borcludur.

Çünki əvvəlki üç səfər oyununda xala həsrət qalan komanda yenə uduzsa, tarixinin antirekordunu təkrarlayacaq. Seçmə mərhələni 1 xalla başa vurmaq yığmanın tarixində ən aşağı göstəricidir. Buna yalnız beynəlxalq arenadakı debütdə - AVRO-1996-da təsadüf olunub.

24 il sonra antirekordu təkrarlamamaq üçün N.Yurçeviçin yetirmələri uduzmamalıdır.

Qeyd edək ki, Trnavadakı matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

AVRO-2020-nin seçmə mərhələsi
X tur
19 noyabr
E qrupu

23:45. Slovakiya – Azərbaycan
Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 9. Robert Bojeník, 14. Milan Şkrinyar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19, Yuray Kuçka, 22. Stanislav Lobotka, 7. Lukaş Haraslin, 11. Matuş Bero, 15. Norbert Qyomber
Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Dominik Holek, 5. Lyubomir Şatka, 4. Martin Valyent, 6. Yan Qrequş, 8. Andrey Duda, 13. Patrik Qroşovski, 20. Nikolas Şpalek, 18. Samuel Mraz, 21. Mixal Duriş, 10. Albert Ruşnak, 3. Denis Vavro,
Baş məşqçi: Pavel Hapal
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 22. Cavid Hüseynov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 8. Emin Mahmudov, 10. Ağabala Ramazanov, 15. Şəhriyar Əliyev, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 20. Riçard Almeyda, 21. Pavel Paşayev, 5. Elvin Camalov
Baş məşqçi: Nikola Yurçeviç
Hakimlər: Sergey Boyko, Vladimir Volodin, Semyon Şlonçak, Vitali Romanov (hamısı Ukrayna)
Hakim-inspektor: Kevin Azzopardi (Malta)
UEFA nümayəndəsi: Skott Struters (Şotıandiya)
Trnava. Anton Malatinski stadionu

AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB

_____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
“Babaları belə, həyatda olmayan senatorların 1915-ci il hadisələrini mühakimə etmələri qəbuledilməzdir”
Mingəçevirdə qardaş qardaşı bıçaqladı
Döyüşçü, hökmdar, məhkum və sürgün qadın
Dekabrın 16-na olan hava proqnozu
900-dən artıq qaçqın Suriyaya döndü
Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
Yeni metrostansiyanın açılış tarixi bilindi
Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
"Belə çıxır ki, Ermənistan XİN rəhbəri görüşlərə sanki çay içməyə gəlir"
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Əlcəzairin yeni prezidenti məlum olub
Gürcü tarixçi İrəvan xanlığı haqda kitab yazdı
Jurnalist Zənurə Talıbova departament rəhbəri oldu
Xudu Məmmədov nəhəngliyi...
Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu
Parlament seçkilərini AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
Davudoğlu yeni partiyasını elan edib
Prezident “Laçın” tankerinin istismara verilmə mərasimində - FOTOLAR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı