Qarabag Media
Haqqımızda Əlaqə

Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı


Tarix:19-11-2019, 17:10 Kateqoriya:Manşet / İdman

Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı

Noyabr ayının 15-dən 17-dək Lüksemburqda Beynəlxalq Gimnastika Federasiyasının dəstəyi ilə “Aurore cup 2019” Bədii Gimnastika üzrə beynəlxalq turniri keçirilib.

Karabakhmedia.az xəbər verir ki, Lüksemburqla yanaşı, Almaniya, Macarıstan, Ukrayna və digər ölkələrdən 12 klubun iştirak etdiyi müxtəlif yaş kateqoriyalı 312 gimnastın qatıldığı yarışmada Azərbaycanı balaca gimnastımız – Mina Abbasova təmsil edib.

Bu mötəbər idman tədbirində də yeni proqramla iştirak edən gimnastımız topla ifasına görə 2-ci yerə çıxaraq ümumi hesabda yarışın gümüş medalını qazanıb.

Həmişə olduğu kimi, Azərbaycan bayrağına bürünərək qazandığı mükafatını qəbul edən balaca gimnastımız sayca 38-ci medalını (14 qızıl, 20 gümüş, 4 bürünc) qazanıb.

Mina Abbasova indiyədək iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə hər kəsin diqqətini cəlb edib. O, beş yaşından başlayaraq Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Makusun rəhbərlik etdikləri “Rus RG Sport” klubunun üzvüdür. 10 yaşlı balaca gimnastımızının ən böyük arzusu ölkəmizi böyük miqyaslı dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Xatırladaq ki, bu ay ərzində artıq üçüncü böyük qələbəsini qazanan Mina Abbasova noyabrın 1-də Rumıniyanın Arad şəhərində keçirilən turnirində qızıl, ötən həftə isə Sloveniyanın Lyublyana şəhərindəki yarışmada bürünc medala sahib olmuşdur.

Qarşıda Minanı ilin son turniri - Budapeştdə keçiriləcək ənənəvi “Yeni il” Beynəlxalq Gimnastika yarışması gözləyir. Uğurlar, Mina!

________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Xalqımızı birliyə səsləyən mahnı - VİDEO
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?