Qarabag Media
Haqqımızda Əlaqə

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR


Tarix:19-11-2019, 16:50 Kateqoriya:Manşet / Gündəm

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə noyabrın 19-da Bakının Qaradağ rayonundakı “Qobu park-2” yaşayış kompleksində məcburi köçkünlər üçün növbəti əmək yarmarkası keçirilib.

Komitədən Karabakhmedia.az-a verilən məlumata görə, məcburi köçkünlərin məşğulluğunun artırılması bu kateqoriyadan olan vətəndaşlarla iş sahəsində aparılan dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramına uyğun olaraq, onların məşğulluq imkanlarının genişləndirilməsi, bu məqsədlə iş yerlərinin yaradılması üzrə tədbirlərin icrası davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqətdə saxlayır, onların yaşayış şəraitinin yaxşlaşdırılmasına, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsinə qayğı göstərir.

Xatırladaq ki, “Qobu park-2” yaşayış kompleksinin açılışı bu il oktyabrın 8-də olub. Hazırda birinci və ikinci kompleksdə ümumilikdə 11 mindən çox məcburi köçkün yaşayır. Burada əmək qabiliyyətli sakinlər arasındakı işsizlər və işaxtaranlar üçün aktiv məşğulluq tədbirinin - əmək yarmarkasının keçirilməsinin mühüm əhəmiyyəti vardır. Belə tədbirlər işsiz və işaxtaran məcburi köçkünlərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, “Qobu park”da ilk əmək yarmarkası ötən ilin oktyabrında təşkil olunub. Bu gün keçirilən ikinci əmək yarmarkasında məcburi köçkünlərə 54 müəssisədən 644 vakant iş yeri təqdim edilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri onlara iş yerləri haqqında ətraflı məlumat veriblər. Yarmarkada işsiz və işaxtaran məcburi köçkünlərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.

Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.

Xatırladaq ki, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı son il yarım ərzində dörd dəfə əmək yarmarkası keçirilib.

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”