Qarabag Media
Haqqımızda Əlaqə

"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri


Tarix:19-11-2019, 13:34 Kateqoriya:Manşet / Qarabağ

"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Qarabağ müharibəsinə dair sensasion məqamlar açıqlayıb.

Karabakhmedia.az virtualaz.org-a istinadən bildirir ki, Baqratyan Ermənistanın Qarabağı Yeqor Qaydarın-Yeltsin Rusiyasının islahatçı baş nazirinin sayəsində işğal etdiklərini deyib. Bildirib ki, Qaydar olmasaydı Qarabağ indi ermənilərin əlində deyildi. Və Baqratyan Yerevanda və Xankəndində Qaydarın adını küçələrdən birinə verməyə çağırıb.

Ermənistan televiziyasının “Profile” proqramına müsahibəsində Qrant Baqratyan bildirib ki, hökumətə başçılıq etdiyi dövrdə baş verənlər barədə öz xatirələrində ətraflı bəhs etməyə hazırlaşır. “Bütün gündəlikləri saxlamışam, böyük həcmdə informasiyalar var və gələcək nəsil bunları bilməlidir. Məxfi məktub var ki, ictimaiyyət bu haqda bilmir”,-o deyib.

Rusiyanın keçmiş baş naziri Yeqor Qaydarla münasibətləri barədə danışan Baqratyan deyib ki, o 90-cı illərin əvvəllərində Ermənistan üçün çox şey edib və onun verdiyi töhfənin qiyməti yoxdur.

Yeqor Qaydar 90-cı illərin əvvəllərində Rusiya hökumətində yüksək postlar tutub, maliyyə naziri olub, 1992-ci ilin iyun-dekabr aylarında isə baş nazirin səlahiyyətlərini icra edib. Məhz həmin aylarda ki, Qarabağda şiddətli müharibə gedirdi və yenicə formalaşan Azərbaycan ordusu Dağlıq Qarabağın inzibati ərazisinin yarıdan çoxunu azad edib Xankəndinin bir neçə kilometrliyinə qədər irəliləmişdi.

Qrant Baqratyan deyir: “Məsələn, 1992-ci ilin yayında biz məğlub olurduq, çıxış yolu yox idi, düşmən Qandzasara (Ağdərə rayonu, Vəng kəndi) daxil olmuşdu, hər şey dağılmışdı, mən hələ baş nazir deyildim və deyəsən artıq qərar verilmişdi, onlar (azərbaycanlılar) Stepanakertə (Xankəndinə,-red.) girəcəklər, sonra oturub danışacağıq. Azərbaycanlıların hərbi hava qüvvələri var idi, bizdə isə mövcud deyildi. Artıq sonra, 1993-cü ildə mən baş nazir olanda biz iki həftə ərzində effektiv havadan müdafiə sistemi yaratdıq, bu sistemə qarşı döyüşmək lazım gəldi və biz Mardakert rayonunda (Ağdərə) hava döyüşü aparmaq imkanı qazandıq. Mən indi bundan artığını danışmaq istəmirəm. Qaydarın adını bu şəhərin ən yaxşı küçələrindən birinə vermək lazımdır, o cümlədən Stepanakertdə (Xankəndi)”.

Söhbəti davam etdirən keçmiş baş nazir onu da deyib ki, Yeqor Qaydarın dəstəyi ilə döyüş meydanında balansı təmin etmək mümkün oldu. Ona görə də Ermənistan rəhbərliyi Qaydarın “işıqlı xatirəsini” daim əziz tutmalıdır.

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
"Belə çıxır ki, Ermənistan XİN rəhbəri görüşlərə sanki çay içməyə gəlir"
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Əlcəzairin yeni prezidenti məlum olub
Gürcü tarixçi İrəvan xanlığı haqda kitab yazdı
Jurnalist Zənurə Talıbova departament rəhbəri oldu
Xudu Məmmədov nəhəngliyi...
Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu
Parlament seçkilərini AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
Davudoğlu yeni partiyasını elan edib
Prezident “Laçın” tankerinin istismara verilmə mərasimində - FOTOLAR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...