Qarabag Media
Haqqımızda Əlaqə

"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında


Tarix:18-11-2019, 13:40 Kateqoriya:Manşet / Müsahibə

"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında

Noyabrın 19-da "Qarabağ”ın ən sadiq azarkeş qrupu olan "İmarət"in 10 illik yubileyidir. Qrupun təsisçilərindən olan Elnur Quliyev bununla bağlı Qol.az-a müsahibə verib.

- Məlumdur ki, "İmarət" 2009-cu ildə təsis edilib. Necə oldu ki, belə bir fan klub yaratmaq qərarına gəldiniz?

- Bu, təkcə bizim qərarımız deyildi. Zaman ona gətirib çıxardı. Azərbaycanda azarkeş qruplarının yaranması aşağı-yuxarı elə həmin dövrə düşür. Bir qrup ağdamlı gənclər vardı. İctimai həyatın müxtəlif sahələrində aktiv idilər. Fikirləşdik ki, "Qarabağ"a dəstək vermək üçün azarkeş qrupu yaratmaq olar. "İmarət" azarkeş qrupu bir təbliğat vasitəsi kimi yaradıldı. Əvvəllər çox çətinliklər vardı. İndi də fərqli çətinliklər var, amma həminki kimi deyil. Komanda 1-2 il Quzanlıda oynadı. Əslində, bu, problem yaratmırdı, əksinə, yaxşı idi. Ona görə ki, oyunlara çoxlu yerli azarkeşlər gəlirdi. Bakıdan 20-30 nəfər gedəndə stadion dolurdu. Biz sadəcə, tribunada idarəetməni həyata keçirirdik. Amma yeni yarandığımız vaxtlarda belə də olurdu ki, tribunaya gələn azarkeşlərimizi barmaqla sayırdıq. Tək-tək adamları zəng edib, oyuna çağırırdıq.

- Deməli, komandanın Quzanlıda oynaması sizin üçün daha yaxşı idi, nəinki Bakıda çıxış etməsi.

"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında

- Bəli. Hətta sonradan Bakıya qayıdanda biz AFFA qarşısında da, "Qarabağ" qarşısında da təklif irəli sürmüşdük ki, komanda Quzanlıda oynasın. Onda 2-3 legioner futbolçu vardı. Sonra "Qarabağ" Avropada uğur qazandıqca əcnəbi futbolçuların sayı artdı. Komandada oynayan legionerlər Ağdama getmək istəmirdi. Çünki məsələ təkcə stadionla həll olunmur. Orada infrastruktur yox dərəcəsində idi.

- Yəni, şəraitə uyğunlaşmırdılar?

- Bəli. İnfrastruktur məsələsi orada çıxış edən komandanın inkişafına, formalaşmasına imkan vermirdi.

- Həmin vaxtla indiki dövr arasında nə az, nə çox 10 il fərq var. Özünüz də qeyd etdiniz ki, o dövrlə indiki vaxt, şərait eyni deyil. Komandanın ciddi bir uğuru da yox idi. Amma azarkeş toplaya bilirdiniz...

- O vaxt matçlara gələnlərin demək olar ki, hamısı ağdamlı idi. Az sayda da Qarabağın digər bölgələrindən gələnlər olurdu. Bu gün isə belə deyil. Nəinki ağdamlı, heç Qarabağ bölgəsindən olmayanlar da gəlir. Respublikanın hər bir regionundan azarkeş var. Onlar "Qarabağ" sevgisi üçün birləşir. Əvvəl kənardan gələn adama qəribə baxırdıq ki, bu başqa rayondandır, nə yaxşı gəlir. İndi isə belə bir hal yoxdur.

- Dediniz ki, komandanın Quzanlıda çıxış etməsi üçün AFFA-ya və kluba müraciət etmisiniz. Bu müraciətə nə cavab verdilər?

- Yadımdadır ki, 2010-2011-ci illər idi. Bircə axırıncı oyunu - "Neftçi" ilə görüşü orada keçirdilər. Həmin il "Neftçi" çempion olmuşdu. Sonra növbəti il yenidən Ağdamda oynadılar. O vaxt klub rəhbərliyi də əlindən gələni etdi. Rövnəq Abdullayev Quzanlıya qaz xəttinin açılışına gəlmişdi. Stadiona gedib vəziyyətlə də tanış oldu. Həmin stadion Olimpiya Kompleksinin nəznindədir. Özüm də oradakı şərəaitlə tanış olmuşdum. Futbolçular heç cür orada qala bilməzdilər. Amma rayon camaatı "Qarabağ"ın ora gəlməyini hər dəfə bayram kimi qeyd edirdi.

- Klub həmin dövrdə sizə dəstək olurdu? Münasibətiniz indi hansı səviyyədədir?

- "İmarət" yeni yarananda elə çox isti münasibətimiz olmayıb. Hələ aramızda mübahisə də yaranıb. Amma bu gün münasibətlər pis deyil. Hətta "Qarabağ" nümayəndələri ilə bizim yoldaşlarımız arasında səmimiyyət, dostluq var. Hərdən elə olur ki, klub öz mövqeyini qorumağa çalışır, azarkeş qrupu da öz mövqeyini qoruyur. Məsələn, onlar hər qarşılaşmada deyirlər ki, protexniki vasitələr qadağandır, meydançaya düşmək, rəqibi söymək olmaz. Amma azarkeş də klubun mövqeyindən çıxış edə bilməz ki. Biz azarkeş qrupunda o təbiiliyi qorumalıyıq. Azarkeşi robot kimi saxlamaq olmaz. Bu mənada aramızda hələ də anlaşılmazlıqlar olur. O vaxt bilmirdilər ki, kimik, nəçiyik. O dövrdə kim azarkeş qrupu yaradırdısa, onun hər hansı bir marağı var, buna görə oyuna gəlirlər deyirdilər. Bir müddət keçəndən sonra məlum oldu ki, "İmarət" toplumunun heç bir şəxsi marağı yoxdur, sırf "Qarabağ" sevgisinə görə matçlara gəlirlər.

- Hazırda Azərbaycanda fan klublar çoxdur. Amma "İmarət" aktivliyi ilə digərlərindən fərqlənir...

- Bunda təməlin böyük rolu var. Düzdür, üzvləri o qədər də seçmirik. Amma əvvəl belə idi ki, bizim aramızda elmlər namizədi, ziyalı şəxslər var idi. Başqa fan klubların üzvləri yaşca balaca idi. Amma bizim aramızda olanların demək olar ki, hamısının yaşı 30 idi. Ona görə də təməl bərk oldu. Sonra qarşıdakı illərdə "Qarabağ" azarkeş qrupunun inkişaf etməsində böyük rol oynadı, istər-istəməz insanlarda motivasiya yaratdı. Həmin illərdə "İmarət"in Avropa, Türkiyə qolları təsis edildi. Bakıda hər oyunda iştirak edən azarkeş toplusu "İmarət Tayfa" adlanmağa başladı.

- Bir rəhbər kimi qrupun fəaliyyətindən razısınız?

- Mən bu sualı belə qurmaq istərdim ki, özünüz öz fəaliyyətinizdən razısınız? Çünki biz "İmarət"də rəhbər-üzv münasibətləri saxlamırıq. Əlbəttə, özümüzdən müəyyən məqamlarda razı ola bilərik. Amma ideyalarımız daha böyükdür. İstəyirik ki, gənclər arasında təbliğatı gücləndirək.

- Bu ideyalara nələr daxildir? Yəni, təbliğatı necə aparmaq istəyirsiniz?

- Bu, vətənpərvərliklə bağıdır. İstəyirik ki, üzvlərimiz daha yaxşı təhsil alsınlar. Vətənə və cəmiyyətə qarşı sağlam mövqedə dayansınlar. Bu gün bəzi qurumlar "İmarət"in çıxışına baxıb, belə düşünürlər ki, ora yığışanlar xuliqan dəstədir. Bu, belə deyil. Hər bir üzv öz ətrafında seçilməlidir.

- Hazırda "İmarət"in nə qədər üzvü var?

- Bu, çempionat və avrokubok matçlarına görə dəyişir. Sabit üzvlər 400-500 nəfərdir.

Nuriyə ZEYNALOVA

__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?
Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
Mahir Abbaszadə Yeni Günəşli qəsəbəsində laçınlılarla görüşdü - FOTOLAR
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
Hacı Salayev namizədliyini geri götürdü: "İki dəfə deputat olmuşam, bəsdir"
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Seçki Məcəlləsinin tələblərinə əməl edin”
Həkimlərə şad xəbər: MAAŞLARI ARTIRILIR
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Naməlum şəhidin nəşi şəhidlər xiyabanında dəfn olundu - FOTOLAR
Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı - FOTO
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu
“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı
İçərişəhərdə iki bina restavrasiya edilir
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi
İmişlidə şəhidin nəşi məzardan çıxarıldı – VİDEO
Ruhani nüvə silahı ilə bağlı söz verdi
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - II YAZI
Mehdi Mehdiyev Qobu qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirdi - FOTOLAR
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Qaradağda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTOLAR
Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI