Qarabag Media
Haqqımızda Əlaqə

Gizli sənədlər deşifrə olundu: Türklərə rəhm etməyin!


Tarix:18-11-2019, 12:42 Kateqoriya:Manşet / Türk dünyası

Gizli sənədlər deşifrə olundu: Türklərə rəhm etməyin!

Uyğur türklərinə qarşı assimilyasiya həyata keçirən Çin hökumətinin gizli sənədləri deşifrə edilib.

Bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

Məlumata görə, Sintszyan-Uyğur Muxtar vilayətindəki uyğur türklərinə qarşı Çinin sərt siyasətini ifşa edən 403 səhifəlik rəsmi sənədlər mətbuatda işıqlandırılıb.

“Nyu York Tayms”ın yayımladığı sənədlərdə Çin hakimiyyətinin Sintszyan-Uyğur Muxtar vilayətindəki təhlükəsizlik qüvvələrinə əhali ilə necə rəftar etmələrinə dair göstərişləri əks olunub. Sənədlərin ən azı 200 səhifəsində Çin Prezidenti Si Szinpinin və digər çinli rəsmilərin bölgədəki uyğur əhaliyə nəzarətlə bağlı göstərişlərinə yer verilib, həmçinin, islam dininin yayılmasının qarşısının alınması üçün tədbir görülməsi barədə xəbərdarlıq edilib.

Sənədlərdə rəsmi Pekinin 11 sentyabr 2001-ci il hadisələrindən sonra Vaşinqtonun irəli sürdüyü “terrorla mübarizə” siyasətini eynilə köçürdüyü də müşahidə olunur.

“Əsla rəhm etməyin”

Deşifrə olunan sənədlərdə Si Szinpinin 11 sentyabrdan sonra ABŞ-ın “terrorla mübarizə” siyasətini örnək alaraq, təhlükəsizlik orqanlarına “əsla rəhm etməyin” göstərişi verdiyi qeyd olunur.

Sənədlərdə xaricdə təhsil alıb qayıdan uyğur gənclərin yaxından izlənilməsi və ailələrinin harada olması ilə bağlı suallarına “Çin dövlətinin açdığı tədris məktəblərinə aparılıb. Onlar günahkar deyil, lakin radikallıq virusuna qarşı müalicə alırlar” cavabının verilməsi əmr edilib./axar.az/

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi