Qarabag Media
Haqqımızda Əlaqə

Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib


Tarix:18-11-2019, 12:06 Kateqoriya:Manşet / Cəmiyyət

Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçığı ilə Bakıda Məhəmməd peyğəmbərin (s.ə.s) mübarək doğum həftəsi münasibətilə tədbir keçirilib.

Birlikdən Karabakhmedia.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq, "Qazi Qarabağ azanı” səsləndirilib. Sonra Milli Dirçəliş Günü münasibətilə müqəddəs vətən şəhidləri dualarla anılıb.

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir müsəlman dünyası yaradılmışların ən əşrəflisi olan əziz İslam peyğəmbərinin mübarək doğum gününü vəhdət həftəsi olaraq qeyd edirlər: "Azərbaycan xalqı da yüz illərdir ki, peyğəmbərimizə, onun sevgili ev xalqına öz sevgi və ehtiramını göstərməkdədir. Ölkəmizdə birlik və bərabərliyimizin, dini mühitmizdə hökm sürən tolerant münasibətlərin mühafizə olunmasında peyğəmbər və onun əhli-beytinin mənəvi dərsləri danılmazdı. Qürurverici haldır ki, vətənimizdə mənəvi dəyərlərimizin həqiqi himayəçisi Azərbaycan dövlətidir”.

Təşkilat sədri söyləyib ki, vəhdət həftəsi günlərində dünya dini liderlərinin Bakıda Dünya dini liderlərinin II Sammiti bir daha ölkəmizin beynəlxalq arenada artan nüfuzunun möhkəmlənməsinə mübarək səbəb oldu.

Qeyd edək ki, tədbirdə şəhidlərimizin pak ruhuna müqəddəs "Qurani-Kərim”dən ayələr oxunub. Şəhidlərimizin əziz ruhuna ehsan süfrəsi təşkil olunub. Tədbirdə ölkənin bir qrup fəal xanımları iştirak edib.

Sonda təşkilatın sədri S.Əzimbəyli mübarək doğum həftəsi münasibətilə keçirdikləri tədbirlərə verdiyi xeyirsevər dəstəyə görə hər kəsə, o cümlədən "Cənnət ” MMC şirkətinə öz təşəkkürünü bildirib.

____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı