Qarabag Media
Haqqımızda Əlaqə

Erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri başlayır: “xalq diplomatiyası” qayıdır?


Tarix:18-11-2019, 11:00 Kateqoriya:Manşet / Siyasət

Erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri başlayır: “xalq diplomatiyası” qayıdır?

Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gəlməli idi. Eyni zamanda, noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı. Onun çıxışından sonra jurnalistlərin səfərlərinin başlanmasını “xalq diplomatiyası”nın yenidən başladılması kimi qiymətləndirmək olarmı?

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “Yeni Müsavat”a bildirdi ki, jurnalistlərin qarşılıqlı səfərlərinin “xalq diplomatiyası”na təsiri yoxdur. Onun sözlərinə görə, bu cür səfərlər ilk dəfə təşkil olunmur: “Son 25-30 ildə bir neçə dəfə belə səfərlər baş tutub. Mən bu səfərləri o vaxt səmərəli sayaram ki, sülh razılaşmasına doğru plan var və jurnalistlərin gediş-gəlişi də onun tərkib hissəsidir. Heç bir sülh planı yoxdur, Ermənistanın mövqeyi dəyişməyib, ”Qarabağ bizimdir" bəyanatı verirlərsə, bu səfərlərin hansısa fayda verəcəyini düşünmürəm".

Erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri başlayır: “xalq diplomatiyası” qayıdır?

Elçin Şıxlı: “Bu səfərlər baş aldatmaqdır və mənasızdır, o vaxt bunu səmərəli sayaram ki...”

E.Şıxlı hesab edir ki, bu səfərlər baş aldatmaqdır və mənasızdır: “Qarabağ münaqişəsi ilə bağlı ”yol xəritəsi" varsa, o zaman jurnalistlərin qarşılıqlı səfərləri təşkil olunsun. Sadəcə, Lavrov Yerevanda dedi ki, bir-birinizə səfərlər edəcəksiniz, tərəflər də bundan sonra başladı. Əgər Azərbaycan və Ermənistan rəhbərliyi arasında jurnalistlərin səfərləri barədə razılıq əldə olunsaydı, başa düşmək olardı. Burada isə Lavrov dedi, biz də elədik".

Politoloq Hikmət Hacızadənin fikrincə, Qarabağın işğalda olmasına görə Azərbaycan cəmiyyəti narahatdır və xalqın qəzəbini başa düşmək olar: “Amma ümid var ki, münaqişə qansız, sülhlə həll olacaq. O baxımdan bu cür addımlar atmağa məcburuq. Heç mənim də xoşuma gəlmir ki, ermənilər Bakıya səfər eləsinlər. Sadəcə, bunun alternativi də yoxdur. Axı 100 illər boyu müharibə edə bilmərik”.

Erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri başlayır: “xalq diplomatiyası” qayıdır?

Hikmət Hacızadə: “Heç mənim də xoşuma gəlmir ki, ermənilər Bakıya səfər eləsinlər, sadəcə...”

H.Hacızadə hesab edir ki, jurnalistlərin qarşılıqlı səfərlərinin “xalq diplomatiyası”na və sülhə hansı fayda verəcəyini zaman göstərə bilər: “Proqnoz vermək olmaz ki, hansısa nəticələri olacaq. Amma bütün böyük proyektlərdə ziyalıların, ictimai xadimlərin bu cür səfərləri olub. Yəni yeni tendensiya deyil və Lavrov da bir yandan bu məsələni yada saldı, tərəflər də razılaşdılar”.

Qeyd edək ki, noyabrın 16-da bir qrup müstəqil jurnalist Xarici İşlər Nazirliyinin (XİN) qarşısında aksiya keçirib, qarşılıqlı səfərlərin planlaşdırılmasına etiraz ediblər.

“Xalq diplomatiyası” anlayışını ilk dəfə 1965-ci ildə Taft Universitetində “Fletcher School of Law and Diplomacy”"nin dekanı Edmund Gullion işlədib. Əslində bu, anlayış beynəlxalq münasibətlərin qlobal diplomatiyadan kənarda qalan kriteriyalarını əhatə edir. Real olaraq xalq diplomatiyasından təqribən 17-ci əsrdə istifadə olunub. Bundan sonrakı dönəmlərdə, əsasən I və II Dünya müharibələri zamanı da tətbiq olunub.

ABŞ xalq diplomatiyasından “soyuq müharibə” zamanı geniş istifadə etməyə başlayıb. Bu mənada SSRİ-yə qarşı istifadə olunan Amerika musiqiləri, filmləri və digər mədəniyyət vasitələri əhəmiyyətli rol oynamışdı. 1953-cü ildə ABŞ prezidenti Eyzenhauerin təşəbbüsü ilə USIA yaradılmış və ta “soyuq müharibə”nin bitməsinə qədər Amerika xalq diplomatiyasının koordinasiya mərkəzi olmuşdu.

Xalq diplomatiyasında 5 təməl nöqtə önə çıxmaqdadır. Bunlar hədəfdə olan kütləni yaxşı dinləmək və anlamaq, mövqeyini və tələblərini müdafiə etmək üçün əsaslı arqumentlər hazırlamaq, mədəniyyətin ixrac, nəşriyyat və KİV-lər, o cümlədən qarşılıqlı fəaliyyət, ikitərəfli prosesin başladılmasıdır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı