Qarabag Media
Haqqımızda Əlaqə

Moldovada təhsil alan tələbə: "Vətəndən uzaq olsaq da, vətənləyik" - FOTOLAR


Tarix:18-11-2019, 10:47 Kateqoriya:Manşet / Müsahibə

Moldovada təhsil alan tələbə: "Vətəndən uzaq olsaq da, vətənləyik" - FOTOLARAzərbaycandan kənarda yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz, xüsusilə də Azərbaycan gəncləri hansı ölkədə olurlarsa olsunlar, ürəkləri vətənlə döyünür və Azərbaycan həqiqətlərinin, mədəniyyətinin tanıdılmasında fəallıq göstərirlər. Belə gənclərdən biri də Moldovada təhsil alan azərbaycanlı gənc Laçın Cəbrayılovdur.

Onunla söhbətimizi təqdim edirik:

– Laçın bəy, Moldovada təhsil alırsınız, istərdik, sizi daha yaxından tanıyaq.

–1993-cü il noyabrın 15-də Laçın rayonunun Ələkçi kəndində doğulmuşam. Körpəliyim müharibə dövrünə təsadüf edib. Ermənistanın Dağlıq Qarabağa və ətraf rayonlara, eləcə də Laçına hücumu nəticəsində dogma yurdumuzdan məcburi köçkün düşmüşük. Təhsilimi Bakı şəhəri Xətai rayonu 59 saylı orta məktəbdə almışam. Hazırda dövlət xətti ilə Moldovanın Kişinyov şəhərində beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə təhsil alıram. İkinci kurs tələbəsiyəm.

–Dərsdən kənar hansı fəaliyyətlə məşğul olursan? Azərbaycan mədəniyyətinin, Qarabağ həqiqətlərinin tanıdılması işlərində bizim tələbələrimiz Moldovada hansı işləri görürlər?

– Əlbəttə, biz xaricdə təhsil alsaq da, burada ölkəmizin təbliğatçılarıyıq. Vətəndən uzaq olsaq da, vətənləyik. Azərbaycandan olduğumu biləndə, ölkəmiz barədə soruşurlar, onları maraqlandıran mövzularda söhbətlər edirik. Çalışıram ki, hər bir moldovalı, eləcə də digər ölkələrdən olan xarici tələbələr ölkəmiz barədə ətraflı məlumat əldə etsin. Mən Moldova Azərbaycan Tələbə Birliyinin sədri kimi fəaliyyət göstərirəm. Dərsdən kənar fəaliyyətlər zamanı bir sıra işlər görürük, tədbirlər təşkil edirik. Hazirda 23 azərbaycanlı tələbə Moldovada təhsil alır. Səfirliyimiz, eləcə də disaporumuz bizlərlə maraqlanır, dəstək göstərirlər. “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq, Qarabağ həqiqətlərini Moldova ictimaiyyətinə daha ətraflı çatdırmaq üçün sosial şəbəkələrdə mən də daxil olmaqla, tələbələr fəallıq göstərir. Feysbuk sosial şəbəkəsində “Justice For Khojaly Moldova” səhifəsində xarici dillərdə məlumatlar paylaşırıq. Bir sözlə, Qarabağ həqiqətlərini moldovalı yaşıdlarımıza çatdırmaq üçün əlimizdən gələni edir, tədbirlərdə çıxışlar edirik. Mən Qarabağda doğulduğumu, lakin Ermənistanın Laçını işğalı nəticəsində oradan ailəmlə məcburi köçkün düşdüyümü, doğma evimizə qayıda bilmədiyimi hər zaman vurğulayıram.

–Qaqauz gənclərlə əlaqələriniz necədir?

– Bilirsiniz ki, Moldovada yaşayan qaqauzlar Azərbaycan xalqı üçün doğmadır, həm qaqauz, həm də Azərbaycan xalqlarını tarixi milli tellər bağlayır.Odur ki, əlaqələrimiz çox yaxşıdır. Qaqauz dostlarımızla mütəmadi ünsiyyətdə oluruq, əməkdaşlıq edirik. Moldovada fəaliyyət göstərən səfirliyimiz, diaspor təşkilatlarımız da əlaqələrimizin inkişafına öz töhfələrini verirlər. Qaqauzlarla Azərbaycan xalqı arasında dini fərqlilik olsa da, adətlər, ənənələr, dil birliyi xalqların doğmalığını bir daha göstərir. Türklük telləri bizləri bir-birimizə bağlayır. Qaqauzların Azərbaycana sevgisi böyükdür. Azərbaycanın çətin dövründə Qaqauz elindən xalqımıza yardımlar edilib, dəstək göstərilib. Bu gün də o qardaş həmrəyliyi davam edir. Ölkmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qudsi Osmanov, eləcə də Moldovada diaspor təşkilatının rəhbəri Vüqar Novruzov əlaqələrimizin daha da inkişafı üçün çalışırlar. Azərbaycanla bağlı keçirilən tədbirlərdə Qaqauziyanın da rəsmi şəxsləri iştirak edirlər.

–Bir müddət əvvəl Qaqauziya Prezidenti ilə görüşünüz sosial mediada maraqla qarşılandı, qaqauz səhifələrində geniş yayımlandı. İstərdik, bu yaddaqalan görüş barədə danışasınız.

–Qaqauz Yeri Muxtar Ərazisinin rəhbəri İrina Vlaxa “Mənim Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş “Azərbaycanın Dostu” Qızıl Ordeninin təqdim olunma mərasiminə qatılmışdı. Tədbir Moldovadakı səfirliyimizdə keçirilmişdi. Tədbirdə “Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli İrina Vlaxaya orden təqdim etdi. Bu möhtəşəm tədbirdə qaqauz və Azərbaycan xalqları arasındakı əlaqələrə toxunuldu. Azərbaycan və Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın vacibliyi vurğulandı. Azərbaycan – Qaqauz dostluğunun möhkəmləndirilməsi istiqamətində fəaliyyətinə görə İrina xanıma təşəkkür edildi.

Qaqauz Yerinin rəhbəri qaqauz xalqına verilən dəstəyə görə Azərbaycanın ünvanına təşəkkürlərini səsləndirdi. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşdü, Azərbaycan Prezidentinin Moldovaya, o cümlədən Heydər Əliyev Fondunun investisiyaları hesabına böyük mədəniyyət mərkəzinin tikildiyini vurğuladı, əlaqələrimizin bundan sonra da davamlı olacağını qeyd etdi. Bu yaddaqalan tədbirdən sonra Azərbaycanı sevən qaqauz rəsmisi olan İrina xanımla xatirə şəkli çəkdirdik. Sevinirəm ki, hər iki türk xalqı arasında əlaqələr inkişaf edir və biz xaricdə oxuyan gənclər də bu əlaqələrə öz töhfəmizi verməyə çalışırıq.

Moldovada təhsil alan tələbə: "Vətəndən uzaq olsaq da, vətənləyik" - FOTOLAR

Moldovada təhsil alan tələbə: "Vətəndən uzaq olsaq da, vətənləyik" - FOTOLAR

Moldovada təhsil alan tələbə: "Vətəndən uzaq olsaq da, vətənləyik" - FOTOLAR


Əfsanə ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”