Qarabag Media
Haqqımızda Əlaqə

Güney etirazlara qoşuldu: həbs edilənlərin sayı artır... - VİDEO


Tarix:17-11-2019, 14:36 Kateqoriya:Manşet / Türk dünyası

Güney etirazlara qoşuldu: həbs edilənlərin sayı artır... - VİDEO

İranda benzinin bahalaşmasına etiraz olaraq cümə günü başlayan etiraz aksiyaları davam edir.

Karabakhmedia.az xəbər verir ki, artıq etiraz aksiyaları Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Qəzvin, Zəncan kimi iri şəhərlərində də keçirilib.

Təbrizdə minlərə insan benzinin qiymətinin bahalaşmasıyla əlaqədar küçələrə çıxıb.

Şənbə günü keçirilən aksiyalar gecə saatlarına qədər davam edib, bəzi şəhərlərdə polis dinc nümayişçilərə qarşı güc tətbiq edib. Etirazlar zamanı onlarla etirazçının saxlanıldığı bildirilir.

Şəhriyar şəhərində etirazçılar dini lider Xomeyninin üzüyünə qoyulmuş məşhur heykələ od vurub.

Polisin etirazçılara atəş açması nəticəsində 9 nəfər həlak olub. Etirazçılar dövlət və dini binaları yandırıb, banklara hücumlar edibər.

***

Benzinin qiymətinin artırılması ilə bağlı Güney Azərbaycanda da başlayan etiraz aksiyalarında millətçi şüarlar səsləndirilib:

* Azərbaycan işləsin, Livan, İraq xərcləsin!

* Azərbaycan işləsin, fars, erməni xərcləsin!

* Azərbaycan milləti, çəkməz bu zilləti

* Azərbaycan oyaqdı, millətinə dayaqdı

* Azərbaycan talandı, Millət oyan, amandı

* Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq

* Azərbaycan əyilməz, türkün beli bükülməz

* Azərbaycan müstəqil olmalıdır-olmalı

* Bizim düşmən burdadır, yalandır Amerikadır

* Nə sağçıyam, nə solçu, millətçiyəm, millətçi

* Azərbaycan var olsun, istəməyən kor olsun!


***

İranın Kirmanşah şəhərindəki benzin qiymətlərinin artmasına qarşı keçirilən etiraz aksiyasındakı toqquşmalar nəticəsində polis zabiti öldürülüb.

Bu məlumatı “Əlcəzirə” televiziyası yayıb. Məlumata görə, toqquşma polis məntəqəsinə hücum nəticəsində baş verib. İran rəsmiləri hələlik insidentlə bağlı heç bir məlumat vermirlər.

***

İranın Yəzd şəhərində polis benzin qiymətlərinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyaları zamanı 40 nəfər etirazçını saxlayıb.

Bu məlumatı İSNA agentliyi şəhər prokurorluğuna istinadən yayıb. Məlumata görə, saxlanılan şəxslər polis əməkdaşlarına hücumda, vandalizm aktı törətməkdə ittiham olunublar. Saxlanılanların çoxunun Yəzd sakinləri olmadığı bildirilib.

Qeyd edək ki, İranda benzinin qiyməti üçqat artırılıb. Əvvəllər 1000 rial olan benzinin qiyməti 3000 riala yüksəldilib.

***

İranda etirazlar zamanı 1000-ə yaxın insanın həbs edildiyi bildirilib.

Bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Hadisələr zamanı xeyli bank, mağaza və dini mərkəz yandırılıb./axar.az/



________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?
Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
Mahir Abbaszadə Yeni Günəşli qəsəbəsində laçınlılarla görüşdü - FOTOLAR
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
Hacı Salayev namizədliyini geri götürdü: "İki dəfə deputat olmuşam, bəsdir"
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Seçki Məcəlləsinin tələblərinə əməl edin”
Həkimlərə şad xəbər: MAAŞLARI ARTIRILIR
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Naməlum şəhidin nəşi şəhidlər xiyabanında dəfn olundu - FOTOLAR
Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı - FOTO
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu
“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı
İçərişəhərdə iki bina restavrasiya edilir
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi
İmişlidə şəhidin nəşi məzardan çıxarıldı – VİDEO
Ruhani nüvə silahı ilə bağlı söz verdi
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - II YAZI
Mehdi Mehdiyev Qobu qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirdi - FOTOLAR
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Qaradağda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTOLAR
Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI