Qarabag Media
Haqqımızda Əlaqə

Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!


Tarix:18-11-2019, 01:19 Kateqoriya:Manşet / Gündəm

Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!

Azərbaycan Respublikası Gürcüstan Respublikasının strateji tərəfdaşıdır. Bizim xalaqların dost, qardaş münasibətlərini heç bir təxribat poza bilməz.

Karabakhmedia.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili "arcakh24.info" saytının onun adından yaydığı xəbəri şərh edərkən bildirib.

Vahid Milli Hərəkat Partiyasından millət vəkili Azər Süleymanovun vasitəsilə fikirlərini çatdıran eks-prezident bildirib ki, baş verən təxribat xarici güclərin iki xalq arasında nifaq salması üçün mənasız cəhddir:

“Ermənistan saytı iddia edir ki, mən sosial şəbəkələrdə Naxçıvan və Kür-Araz ovalığına qədər ərazilərin Ermənistana verilməsi ilə bağlı fikir paylaşmışam. Bu, açıq dezinformasiyadır. Həm prezidentliyim dönəmində, həm də ondan sonra Qafqazdakı regional konfliktlərlə bağlı bir mövqeyim olub – sərhədlərin dəyişdirilməsi yolverilməzdir. Bu gün də bu mövqeyimdə qalıram. Qafqazdakı və yaxın coğrafiyalardakı konfliktlər haqqında bütün çıxışlarımda dəfələrlə bildirmişəm ki, onların real və ədalətli həlli Osetiya və Abxaziyanın Gürcüstana, Qarabağın Azərbaycana, Krımın Ukraynaya qaytarılmasından keçir”.

Gürcülərin və azərbaycanlıların tarixi dostluğundan danışan Saakaşvili bildirib ki, Gürcü Arzusu iqtidarına qarşı kütləvi etirazlar genişlənən günlərdə iki xalq arasında etnik narazılıq yaratmaq uğursuz cəhdlərdir:

“Bu informasiyalar Gürcüstan müxalifəti ilə Gürcüstanın türk əhalisi arasında etimadsızlıq mühiti yaradılmasına hesablanıb. Başqa heç bir səbəb tapmaq mümkün deyil. Ayrıca, Azərbaycan hakimiyyəti ilə bizim münasibətlərimizin sarsılmaz şəxsi dostluq səviyyəsində olduğunu hər kəs bilir. Prezident İlham Əliyev mənim qardaşımdır. Bir daha bəyan edirəm ki, gürcülər və azərbaycanlılar Qafqazda dostluğu tarix boyu sınanmış və hər dəfə də bu sınaqlardan mərdliklə çıxmış iki xalqdır. Gürcüstanda və Azərbaycanda iqtidarda hansı qüvvənin təmsil olunmasından asılı olmayaraq, hər iki dövlət müstəqilliyini bərpa edəndən sonra strateji müttəfiqlik kursunu qoruyub. Bu strategiyanın davam edəcəyinə heç kimin şübhəsi olmasın. Ona görə də azərbaycanlıları bu cür informasiya təxribatlarına uymamağa çağırıram”.

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?
Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
Mahir Abbaszadə Yeni Günəşli qəsəbəsində laçınlılarla görüşdü - FOTOLAR
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
Hacı Salayev namizədliyini geri götürdü: "İki dəfə deputat olmuşam, bəsdir"
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Seçki Məcəlləsinin tələblərinə əməl edin”
Həkimlərə şad xəbər: MAAŞLARI ARTIRILIR
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Naməlum şəhidin nəşi şəhidlər xiyabanında dəfn olundu - FOTOLAR
Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı - FOTO
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu
“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı
İçərişəhərdə iki bina restavrasiya edilir
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi
İmişlidə şəhidin nəşi məzardan çıxarıldı – VİDEO
Ruhani nüvə silahı ilə bağlı söz verdi
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - II YAZI
Mehdi Mehdiyev Qobu qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirdi - FOTOLAR
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Qaradağda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTOLAR
Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI