Qarabag Media
Haqqımızda Əlaqə

Rusiya ilə Türkiyə arasında gərginlik nələrə gətirə bilər?


Tarix:26-11-2015, 08:01 Kateqoriya:Manşet / Siyasət

Rusiya ilə Türkiyə arasında gərginlik nələrə gətirə bilər?

Türkiyənin hava sərhədini pozan Rusiya hərbi təyyarəsi noyabrın 24-də vurulub. Pilotlardan biri həlak olub. Transparency.az-a danışan iqtisadçı ekspertlər iki ölkə arasında gərginliyin mümkün nəticələrini şərh ediblər. Qubad İbadoğlu deyib ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi hər iki ölkənin xərcini artıracaq:
“Gərginlik iki ölkə arasında enerji, ticari və investisiya əməkdaşlığının səviyyəsinə də təsirsiz ötüşməyəcək. Tərəflər arasında fikir ayrılığının dərinləşməsi ilk növbədə enerji və turizm sahəsində əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. “Rosatom” korporasiyasının Türkiyədə atom elektrik stansiyası inşa etməsi və bunun üçün 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılması, Rusiya qazının Türkiyədən dünya bazarına çıxarılması, rus turistlərinin axını sahəsində risklər artacaq.

Türkiyənin Almaniyadan sonra ikinci ticarət ortağı olan Rusiyadan idxalı ötən il 25 milyard, ixracı 6 milyard, ümumi ticarət dövriyyəsinin həcmi 31 milyard dollar olub. 2020-ci ilədək bu iki ölkə arasında ticarət dövriyyəsinin ən azı 3 dəfə artırmaq proqnozlaşdırılırdı”.

Ekspert deyir ki, 24 noyabr hadisəsindən sonra ticari münasibətlər sahəsində proqnozlar özünü doğrultmayacaq: “Eyni zamanda rusiyalı turistlərin Türkiyəyə gedişinin əngəllənməsi bu ildən başlayaraq müşahidə olunan azalma tendensiyasını gücləndirib Türkiyənin aparıcı xidmət sektorunun çətinliklərini bir az da artıracaq. Son məlumatlara görə, ötən il 4,5 milyon, bu ilin ilk 8 ayında isə 2,78 milyon rusiyalı turist Türkiyəni ziyarət edib.

Lakin münasibətlər qarşılıqlı olduğundan Rusiya iqtisadiyyatı da mənfi təsir görəcək. Türkiyə ilə başlanacaq yeni iqtisadi müharibə onsuz da sanksiyalardan və neft qiymətlərinin düşməsindən zəifləyən və ildən-ilə kiçilən Rusiya iqtisadiyyatı üçün yaxşı perspektiv vəd etmir”.

Natiq Cəfərli hesab edir ki, böhran fonunda Rusiya Türkiyəyə turist axınını dayandıracaq, bununla da ona iqtisadi ziyan vurmağa çalışacaq: “Moskva qaz anlaşmalarında daha sərt mövqedə olacaq. Türkiyə şirkətlərinə Rusiya bazarında problem yaradacaqlar, türk mallarının Rusiyaya girişində gömrük əngəlləri artacaq, bəzi Türkiyə məhsullarının Rusiya bazarına girişi qadağan ediləcək”.

Ekspertin fikrincə, yaranmış durumda Ankara vəziyyəti yumşaltmağa çalışacaq: “Türk axını” layihəsində müəyyən güzəştlər edəcək. Moskva iqtisadi basqını artırsa, Ankara dəyəri 20 milyard dollar olan “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi üzrə Rusiyanın udduğu tenderi ləğv edə bilər”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi