Qarabag Media
Haqqımızda Əlaqə

"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"


Tarix:8-11-2019, 23:52 Kateqoriya:Manşet / Cəmiyyət

"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"

“Bayraqlarla, əsgərlərlə birlikdə 3-4 kilometr marşlarla yürüş etmək insanın ruhunu yerindən oynadır”

Bunu Moderator.az-a açıqlamasında dünən Ağdamda bayraq yürüşündə iştirak edən Xalq artisti Nurəddin Mehdixanlı deyib. N.Mehdixanlı bu cür tədbirlərimizin hər bir bölgəmizdə keçirilməsinin vacibliyini vurğulayıb:

“Artıq beş ildən çoxdur ki, Təhsil Nazirliyi Müdafiə Nazirliyilə birgə bayraq yürüşü tədbirini keçirir. 9 noyabr Milli Bayraq Günü münasibətilə bu tədbirlər cəbhə bölgələrində təşkil edilir. Yəni Tərtərdə, ötən il Füzulidə və bu il də Ağdamın Quzanlı qəsəbəsində olduq. Hər dəfə də Bakıdan bizim sənət adamları, ziyalılar, millət vəkilləri, media nümayəndələri, nazirliyin nümayəndəlikləri orda hərbçilərimizlə və əhaliylə birgə 3-4 kilometr yürüş keçirilir. Bizim dünən keçirdiyimiz yürüşdə təxminən 7-8 min insan var idi. Burda xoş olan odur ki, tədbirdə gənclərimiz, orta məktəblərimizin şagirdləri iştirak edirlər. Bu cür tədbirlərin cəbhə bölgələrində keçirilməsi orda yaşayan uşaqlara vətənin, bayrağın nə demək olduğunu aşılamaq nöqteyi-nəzərindən çox faydalıdır.

Əslində mən arzu edərdim ki, bayraq yürüşü Azərbaycanın bütün bölgələrində keçirilsin. Yəni bilirəm ki, 9 noyabrla bağlı İcra Hakimiyyətləri tədbirlər keçiririlər, amma məhz bu şəkildə olması, bayraqlarla, əsgərlərlə birlikdə 3-4 kilometr marşlarla yürüş etmək insanın ruhunu yerindən oynadır. Bu mənada mən hər iki nazirliyimizə təşəkkür edirəm. Ağdam rayon İcra Hakimiyyəti tərəfindən hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Mən arzu edərdim ki, biz bayraq yürüşlərini cəbhə bölgələrimizdən işğal altında olan ərazilərimizdə keçirmək imkanını, səadətini yaşayaq və inanıram ki, o gün də olacaq. Mən də hər bir azərbaycanlını Bayraq Günü münasibətilə təbrik edirəm”.

"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"

"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"

Vasif Əlihüseyn
__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi