Qarabag Media
Haqqımızda Əlaqə

8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO


Tarix:8-11-2019, 13:08 Kateqoriya:Manşet / Gündəm

8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO

Bu il Bakı metropoliteninin açılmasının 52-ci ildönümü tamam oldu.

Karabakhmedia.az xəbər verir ki, xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ötən əsrin əvvəllərindən Bakının mənzərəsinin gözəlləşməsi, şəhərin böyüməsi və inkişaf etməsi, sənaye obyektlərinin, zavodların, fabriklərin istifadəyə verilməsi şəhərə insan axınını sürətləndirib. Bu isə tədricən yerüstü nəqliyyat vasitələrinin imkanları məhdudlaşdırıb. Bu səbəblərdən Bakıda metropolitenin inşası qərara alınıb.

1949-cu ildə Bakı Baştunelmetrotikinti İdarəsi yaradılıb. Bu idarə Bakı metropoliteni tikintisinin baş podratçısı vəzifəsini öz üzərinə götürüb. 1966-cı ildə yaradılan Bakı Metropoliteni İdarəsi tərkibində 6 xidmət - hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri olmaqla, Şərqdə ilk, postsovet məkanında isə beşinci metropoliten olub.

1967-ci il noyabrında metronun tikintisinin 5 stansiyası - «Bakı Soveti» (indiki «İçərişəhər»), «Sahil», «28 Aprel» (indiki «28 May»), «Gənclik» və «Nəriman Nərimanov» stansiyasından ibarət 9,2 km-lik yeraltı xətti istifadəyə verilib. Üçü dərin özüllu olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də «28 May-Xətai» xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, «28 May» stansiyası «Nəriman Nərimanov» və «Xətai» stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.

Metro tikintisinin ikinci və üçüncü növbələrində isə işlər öz ahənginə uyğun olaraq davam edib. «28 May» stansiyasından «Nizami» stansiyasına qədər olan 2,26 km-lik sahə ikinci növbəyə, «Nəriman Nərimanov» stansiyasından «Neftçilər»ə qədər olan 6,3 km-lik sahə isə üçüncü növbəyə aid idi.

1976-cı ildə ikinci növbənin «28 May-Nizami» mənzilində işlər davam edib. Uzunluğu 2.26 km olan bu xəttin «Nizami» stansiyası qapılarını sərnişinlərin üzünə dekabrın 31-də açıb. Bu xəttin davamı olan 6,5 km-lik «Nizami-Memar Əcəmi» xəttinin «Elmlər Akademiyası», «İnşaatçılar», «XI qızıl ordu meydanı» (indiki «20 Yanvar») və «Memar Əcəmi» stansiyaları 1985-ci il dekabrın 30-dan bakılıların istifadəsinə verilib.

Sahənin sonuncu «Həzi Aslanov» stansiyası 2002-ci il dekabrın 10-da istifadəyə verilib. Buna qədər isə 1993-cü ildə «28 May» stansiyasının yenidən qurulması işlərinin bir qolu olan «Cəfər Cabbarlı» keçid stansiyası istismara verilib.

Kütləvi şərnişin daşınmasında şəhər əhalisi üçün böyük əhəmiyyət daşıdığını, metropolitendə tikinti və sərnişindaşıma kimi əsas sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin vacibliyini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. 2015-ci il dekabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı olub. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları sərnişinlərin istifadəsinə verildi və bununla da metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə çatıb.

Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.


______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov