Qarabag Media
Haqqımızda Əlaqə

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi


Tarix:8-11-2019, 11:43 Kateqoriya:Manşet / Mədəniyyət

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq artistləri Rasim Balayev, Azərpaşa Nemət, Hacı İsmayılov, BŞTİ-nin struktur bölmə rəhbərləri, 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev, ziyalılar, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Bakı şəhəri 175 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbirdən öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbiri giriş sözü ilə açan 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev qonaqları salamlayıb. T.Mirzəliyev çıxışı zamanı böyük Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edib, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıb.

Çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq, ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərin, təqdimatların keçirilməsinin, şairin ədəbi irsinin yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

İdarə müdiri çıxışında ölkə Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Nəsimi şəxsiyyətinə, yaradıcılığına xüsusi ehtiram göstərildiyini qeyd edib.

R.Tağıyev hələ ötən əsrdə böyük söz ustadının 600 illik yubileyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilərək beynəlxalq miqyasda qeyd olunduğunu və həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparıldığını bildirib.

İdarə müdiri klassik Azərbaycan poeziyasında öz üslubu ilə seçilən şairin müxtəlif ideyalarla zəngin bədii irsinin özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərdiyini qeyd edib.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri kimi söz sənətinin qiymətli incilərini yaratdığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq artistləri Rasim Balayev və Azərpaşa Nemət Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri kimi qəbul edildiyini və onun zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Daha sonra şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”