Qarabag Media
Haqqımızda Əlaqə

"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT


Tarix:8-11-2019, 11:38 Kateqoriya:Manşet / Qarabağ

"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT

"Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir. Bu cəhdlər 2019-cu ilin martın 9-da həmsədrləri bəyanat verməyə vadar etdi. Bu bəyanatda onlar münaqişə tərəflərini digər tərəfin razılığı olmadan danışıqların formatında birtərəfli dəyişikliklərin edilməsi tələbindən çəkinməyə çağırdılar".

APA -nın məlumatına görə, bu sözləri Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumun Daimi Şurasının noyabrın 7-də keçirilmiş iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı səsləndirdiyi bəyanatında əksini tapıb.

Bəyanatda xatırladılıb ki, ATƏT-in Minsk Konfransının formatı konsensus yolu ilə ATƏT-ə üzv ölkələr tərəfindən razılaşdırılıb, BMT-nin müvafiq qətnamələri tərəfindən dəstəklənib və formatın dəyişməsi müzakirə mövzusu ola bilməz.

"Minsk Konfransı çağıracağı və bununla bağlı konsensus əldə olunacağı təqdirdə Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları ilə məsləhətləşmə aparıla bilər. Lakin biz bu mərhələdən hələ uzağıq, çünki Ermənistan Azərbaycanın bu regionunun azərbaycanlı icmasının mövcudluğunu tanımaqdan imtina edir.

Ermənistan Baş Nazirinin qızışdırıcı "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələr tərəfindən haqlı olaraq hiddətlə qarşılandı. Bu cür bəyanatlar, həmçinin Ermənistan Müdafiə naziri tərəfindən səslənən sonuncu "Qarabağ məsələsi həll olunub" bəyanatı sülh prosesi üçün zərərlidir.

Üstəlik Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi, ATƏT-in qəbul etdiyi qərarlara əks gedərək israrla statusla bağlı məsələni irəli sürür. Lakin münaqişənin həlli prosesi addımbaddım prinsipinə əsaslanır. Birinci mərhələdə Azərbaycan torpaqlarının işğalı daxil olmaqla münaqişənin köklərinə xitab edərək, Ermənistan başa düşməli və digər ölkələr xatırlamalıdır ki, bu həll yolu qaçılmazdır, alternativi yoxdur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT qərarlarına, xüsusilə də 1994-cü ildə qəbul olunan Budapeşt Sammitinin qərarına əsaslanır. Budapeşt Sammitinin qərarı münaqişənin siyasi həlli üçün çərçivə formalaşdırır. ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı bu yanaşmaya əsaslanır.

ATƏT-də münaqişənin həlli prosedurları ilə bağlı fərqli atmosfer müşahidə edirik. Türkiyə, Ukrayna və Gürcüstana minnətdarlığımızı ifadə edirik ki, onlar münaqişənin həlli prinsiplərini müdafiə etdilər. Bu prinsiplər ATƏT regionundakı bütün münaqişələrə istisnasız olaraq bərabər tətbiq edilməlidir.

Lakin baxmayaraq ki, biz beynəlxalq hüquqa zidd olmamağı, ATƏT-in prinsipləri və normalarını tanıyırıq, bəzi ölkələr uzadılmış münaqişələrin həlli ilə bağlı açıq ikili standartlar nümayiş etdirir. Bu prinsiplər bütün iştirakçı ölkələrə və münaqişələrə aid edilməlidir, istisnasız, ikili standartlar olmadan, coğrafi və digər üstünlüklər nəzərə alınmadan. Bu ikili standartlar aradan qaldırılmadıqca ATƏT münaqişələrin qarşısının alınması və həll yolları üçün effektiv mexanizm ola bilməyəcək".

Bəyanatda qeyd olunub ki, Azərbaycan ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının məcburi köçkünə çevrilməsindən əziyyət çəkən ölkə kimi, münaqişənin ən tez və davamlı həll yolunun tapılmasını istəyən ən maraqlı tərəfdir: "Bu gün siyasi, iqtisadi, hərbi sahələrdə söz sahibi olan Azərbaycan və onun rəhbərliyidir. Hazırda müharibə yoxdursa, bu, Azərbaycanın münaqişənin siyasi həll yolunu axtarma siyasəti ilə bağlıdır. Lakin bir daha təkrar etmək istərdik ki, Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa zidd olan münaqişənin sülh yolu ilə həlli mümkün deyil. Azərbaycan ərazisinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək.

Biz gözləyirik ki, sizin münaqişənin həlli istiqamətində vasitəçilik fəaliyyətiniz heç bir kompromis və müzakirə mövzusu olmayan, beynəlxalq səviyyədə qəbul edilən sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə yönələcək. Azərbaycan bu anlayışa əsaslanan münaqişənin həlli prosesinə sadiq qalır".

___________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”