Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər


Tarix:8-11-2019, 11:25 Kateqoriya:Manşet / Siyasət

Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər

Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında kollektiv vasitəçi kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndiririk...

Karabakhmedia.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi, səfir Aleksey Lukaşeviç ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı çıxışında deyib.

O bildirib ki, vasitəçilərin aktiv fəaliyyəti münaqişənin tənzimləməsi üzrə təmas nöqtələrinin axtarışı və əhalinin sülhə hazırlanmasına yönəlmiş tədbirlərdə inamın artırılmasına, intensiv dialoqun ümumi məqsədinə dəstək olur.

Azərbaycan-Ermənistan dövlət sərhədində və təmas xəttində stabilliyin saxlanıldığını vurğulayan A. Lukaşeviç deyib ki, bu, tərəflərin danışıqlar masası arxasında kompromis axtarışında maraqlı olmasına işarədir.

O, atəşkəs rejiminin qorunub saxlanılması və gücləndirilməsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasının səmərəliliyinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi jurnalistlərin qarşılıqlı səfərlərinin və saxlanılan şəxslərin dəyişdirilməsinin tərəflər arasında etimad atmosferinin yaradılmasına gətirib çıxara biləcəyini də söyləyib.

A. Lukaşeviç münaqişə tərəflərini bütün səviyyələrdə birtərəfli addımlardan çəkinməyə çağırıb. Onun sözlərinə görə, bu, münaqişənin həllinə imkan yaratmır.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasətinin vacib prioritetlərindən biridir.

________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”