Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir


Tarix:7-11-2019, 14:27 Kateqoriya:Manşet / Gündəm

Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir“Eurasianet.org” saytı Qafqaz və Orta Asiyada gedən ictimai-siyasi prosesləri diqqətdə saxlayır. ABŞ-ın siyasi dairələrinə bağlı olan bu media orqanında Ermənistan və Azərbaycanın hərbi xərcləri ilə bağlı gedən yazıda bir çox maraqlı məqamlar var.

Məsələn, sayt rəsmi mənbələrə istinadən yazır ki, Azərbaycan 2009-2018-ci illərdə hərbi qüdrətini gücləndirmək üçün 24 milyard dollar xərcləyib. Ermənistan isə eyni vaxt kəsimində hərbi sahəyə 4 milyard dollardan bir qədər çox pul ayıra bilib. İki ölkə arasında Dağlıq Qarabağla bağlı münaqişə mövcuddur və istənilən an müharibə yenidən qızışa bilər.

İsveç Krallığının paytaxtı Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute (SIPRI) hesabatına söykənən araşdırmada vurğulanır ki, neftlə zəngin olan Azərbaycan hərbi sahəyə Ermənistana nisbətdə 6 dəfə çox pul xərcləyir. Ötən il Ermənistan hərbi xərclərə dövlət büdcəsinin 21 faizini ayırıb. Azərbaycan isə 11 faizlə kifayətlənib.

Əhalisinin 26 faizi rəsmən kasıb olan Ermənistan üçün bu həddən artıq çoxdur və ölkə büdcəsinin formalaşmasında ciddi gərginlik yaradır. Təbii ki, Ermənistan silahlanma yarışında Azərbaycana uduzduğunun fərqindədir. Ancaq bundan artığını da etməyə gücü çatmır.

Rusiya hər iki ölkəyə silah satır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğuna görə Rusiyadan silahları daha ucuz qiymətə alır. Buna cavab olaraq Azərbaycan İsraildən silah idxalını gücləndirir.

SİPRİ-nin məlumatına görə, 2014-2018-ci illərdə Azərbaycan İsraildən ən çox silah alan ikinci ölkə olub və İsrailin silah ixracının 17 faizi Azərbaycanın payına düşüb.

Hələ 2016-cı ildə Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan İsraildən 4.85 milyard dollarlıq silah alıb. İsrail isə 2018-ci ildə Azərbaycandan 1.3 milyard dollarlıq mal idxal edib. Söhbət əsasən neftdən gedir və bu, Azərbaycanin ixrac etdiyi malların 7 faizi qədərdir.

Ermənistanın isə Rusiya iqtisadiyyatından asılılığı getdikcə artır. Güney Qafqazda gedən bu silahlanma yarışında neft və dollara sahib olan Azərbaycanla Ermənistan dramının (pul vahidi) rəqabəti sonuncunu çıxılmaz vəziyyətə salıb.

Elbəyi Həsənli, Sürix
Musavat.com

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”