Qarabag Media
Haqqımızda Əlaqə

Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR


Tarix:6-11-2019, 13:16 Kateqoriya:Manşet / Qəhrəmanlar

Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR

Qubadlının Həmzəli kəndində dünyaya göz açan, Vətən uğrunda müharibədə qəhrəmancasına həlak olan Əlövsət Vəliyevin xatirəsi məzunu olduğu Qubadlı rayon Çaytumas kənd məktəb-liseyində yad edilib.

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım tədbirində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, şəhidin döyüş yoldaşları və müəllimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Karabakhmedia.az xəbər verir ki, mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Əlövsət Vəliyevin həyat yolundan bəhs edən film nümayiş etdirilib.

Çıxışında ulu öndər Heydər Əliyevin müharibə əlillərinə və şəhid ailələrinə böyük qayğı ilə yanaşdığını xatırladan Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirildiyini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını vurğulayıb.

“Qubadlı rayonu Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə 238 şəhid verib”, – deyən Allahverdi Haqverdiyev, Prezidentin Fərmanı ilə onlardan 11 nəfərinə Azərbaycanın Milli Qəhrəmanı adı verildiyini diqqətə çatdırıb. O, şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi kimi məsələlərin rayon rəhbərliyinin daim gündəmində olduğunu bildirib.

Bildirilib ki, Əlövsət Vəliyev 1968-ci il dekabrın 15-də Qubadlı rayonunun Həmzəli kəndində dünyaya göz açıb. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. 1987-ci ildə hərbi xidmətə yola düşən Əlövsət Vətənə dönəndə ermənilər artıq torpaq iddiaları ilə çıxış edirdilər. 1992-ci ilin mayında Milli Ordu sıralarına daxil olan Əlövsət ilk gündən özünü təcrübəli tankçı kimi göstərir.

“1993-cü ilin avqustunda Qubadlı rayonu ağır günlərini yaşayırdı. Əlövsət Vəliyevin tankçıları gecə-gündüz ara vermədən döyüşlər aparır, düşmən hücumlarının qarşısını almağa çalışırdılar. Bu döyüşlər zamanı cəsur tankçı Əlövsət Vəliyev misilsiz qəhrəmanlıqlar göstərir. Düşmənin bir neçə texnikasını məhv edən bu qəhrəman mərmi bitdikdən sonra öz tankını tərk etmir. Tankı erməni quldurlarının üzərinə yönəldir, son məqamda o, öz tankını düşmən tankına çırparaq hər iki texnikanı hərəkətsiz hala salaraq qəhrəmanlıqla həlak olur. Suraxanı rayon 70 saylı uşaq bağçası şəhidin adını daşıyır. Onun xatirəsi “Əfsanəvi Tankçı” adlı kitabda əbədiləşib”, – deyə A.Haqverdiyev qeyd edib.

Natiq bildirib ki, yaxın gələcəkdə Prezidentimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız işğal olunmuş torpağımızda dalğalanacaq, şəhidlərin ruhu şad olacaq.

Əlövsət Vəliyevin döyüş yoldaşları şəhidin 25 il ərzində keçdiyi şərəfli həyat yolundan danışaraq, xatirələrini bölüşüblər.

Anım tədbirinin sonunda məktəb şagirdlərinin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR

Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR

Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR

Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR

Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi