Qarabag Media
Haqqımızda Əlaqə

Armen Aşotyan: “Əgər Qarabağ üzrə danışıqlarda dinamika varsa, o da tərsinə və mənfi yöndədir”


Tarix:4-11-2019, 16:14 Kateqoriya:Manşet / Qarabağ

Armen Aşotyan: “Əgər Qarabağ üzrə danışıqlarda dinamika varsa, o da tərsinə və mənfi yöndədir”Ermənistanın müxalifətdə olan, keçmiş prezident Serj Sərkisyanın sədrlik etdiyi Respublika parityasının sədr müavini Armen Aşotyan baş nazir Nikol Paşinyanın Qarabağda təmas xəttində sakitliyin yarandığı barədə sözlərini tənqid edib.

Karabakhmedia.az xəbər verir ki, o, bununla bağlı fikirlərini Facebookdakı hesabında açıqlayıb.

Onun sözlərinə görə, Aprel döyüşlərindən sonra qarşı tərəfdən hər hansı hücum həyata keçirilməyib. “Bunu sizin və ya Düşənbədəki liftin ayağına yazmaq insafsızlıq olar. Hər halda cəbhədə son dövrlərdəki gərginlik başqa şey deyir”, - deyə partiya funksioneri qeyd edib.

Armen Aştotyan Ermənistan baş nazirinin Qrabağın qondarama qurumunun rəhbəri Bako Saakyanın “başını əzmək” çağırışlarına da sakit yanaşdığını, hətta sonuncunun “qubernator” adlandırılmasına gülümsəyərək reaksiya verdiyini xatırladıb.
“Bu gün isə o, İrəvanla Qarabağ (qondarma qurum-red.) rəhbərliyi arasında heç bir ziddiyyət olmadığını söyləyir. Yuxarıda səslənən fikirləri isə öz ətrafının üzərinə yıxır. Nikol Paşinyan İlham Əliyevə heç bir söz demir, lakin əxlaqsızcasına daxili siyasi opponentlərinə hücum çəkir”,-deyə Ermənistan parlamentini keçmiş deputatı bildirib.

Armen Aşotyanın iddiasına görə, artıq Ermənistan rəhbərliyinin dilindən Qarabağla bağlı yalnız “status və təhlükəsizlik” kəlmələri işlədilir. Lakin ermənilərin “öz müqəddəratını həll etmək hüququ” barədə heç bir söz deyilmir.

“Bu nə deməkdir, ümumxalq referendumu nə anlam daşıyır. Əgər bu bir populizmdirsə, olduqca təhlükəlidir. Siz özünüz danışıqlar prosesini pozmusunuz, indi isə müzakirələrdə dinamikadan dəm vurursuz. Əgər hər hansı dinamika varsa, o da tam tərsinə və mənfi yöndədir”,-deyə Armen Aşotyan qeyd edib./musavat.com/

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO