Qarabag Media
Haqqımızda Əlaqə

Rövşən Rzayev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb


Tarix:1-11-2019, 01:12 Kateqoriya:Manşet / Siyasət

Rövşən Rzayev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Oktyabrın 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Karabakhmedia.az xəbər verir ki, görüşdə diplomata Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir, nəticədə 1 milyon 200 mindən çox insan hələ də ölkəmizdə qaçqın və köçkün vəziyyətindədir.

Qonaqlara məlumat verilib ki, respublikanın müxtəlif rayonlarında yaşayan məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Qeyd olunub ki, Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də məqsədyönlü iş aparır. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr salınır. Eyni zamanda ölkə başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifahının yüksəldilməsini, məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi qayğı göstərir, onların yeni mənzillərə köçürülməsi üçün zəruri tədbirlər görür.

Toivo Klaar səmimi qəbula görə təşəkkürünü bildirib. O, ötən il Azərbaycanda olduğunu və məcburi köçkün ailələrin vəziyyəti ilə yaxından maraqlandığını diqqətə çatdırıb. Avropalı dipomat, həmçinin, məcburi köçkünlərlə bağlı fəaliyyətin artırılması üçün çalışacağını vurğulayıb. Toivo Klaar Aİ və Azərbaycan arasındakı əməkdaşlığın hazırki səviyyəsini yüksək qiymətləndirib. Qonaq bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO