Qarabag Media
Haqqımızda Əlaqə

12 ildə dünyada mindən çox jurnalist qətlə yetirilib


Tarix:2-11-2019, 16:19 Kateqoriya:Manşet / Dünya

12 ildə dünyada mindən çox jurnalist qətlə yetirilib

Bu gün UNESKO-da Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü ilə əlaqədar tədbir keçirilib.

Karabakhmedia.az AZƏRTAC-a istinadla xəbər verir ki, bununla bağlı təşkilatın baş katibi Antonio Quterreşin bəyanatında qeyd edilir: “Jurnalistlər hədəfə götürüldükdə, bunun zərbəsi bütün cəmiyyətə dəyir. Jurnalistlərin qorunması bizim müxtəlif sahələrdə alınan qərarlar və atılan addımlar barədə informasiya əldə etməyimiz üçün çox əhəmiyyətlidir. Onların öz işlərini təhlükəsiz şəraitdə yerinə yetirməsi təmin edilməsə, o zaman biz xaos və yanlış məlumatların hökm sürdüyü vəziyyətlə qarşılaşarıq”.

UNESKO-da keçirilən tədbirdə qeyd olunub ki, son 12 ildə dünyada 1010 jurnalist qətlə yetirilib və bu cinayətləri törədən şəxslərin onda doqquzu cəzasız qalır. Cəzasızlıq isə qətllərin sayının artmasına səbəb olur ki, bu da məhkəmə-hüquq sisteminin çökməsi və münaqişələrin daha kəskin hal almasının əlamətidir.

Qeyd olunub ki, UNESKO jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasının bütövlükdə cəmiyyətə ziyan vurmasından narahatlığını ifadə edib. Bu ağır vəziyyət daha çox silahlı münaqişə zonalarında hökm sürür. Müharibə bölgələrində reportajlar hazırlayan jurnalistlərin təhlükəsizliyi də qorunmur.

BMT Baş Assambleyasının 68/163 saylı qətnaməsi ilə 2013-cü ildə elan edilmiş Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü hər il noyabrın 2-də qeyd olunur. Həmin il Malidə iki jurnalistin qətlə yetirilməsindən dərhal sonra qəbul edilən bu qətnamədə üzv dövlətlərin hökumətlərinə cəzasızlığa son qoyulması ilə bağlı konkret tədbirlərin görülməsi barədə çağırış edilib. Sənəddə KİV nümayəndələrinə qarşı hər hansı hücumlar və zorakılıq aktları qətiyyətlə pislənilir, təqsirkarların mühakimə edilməsi tələb olunur. Qətnamədə, həmçinin jurnalistlərin öz işlərini sərbəst və maneəsiz yerinə yetirmələri üçün dövlətlərin lazımi şərait yaratmasının zəruriliyi vurğulanır.

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO