Qarabag Media
Haqqımızda Əlaqə

Ağdam rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçirilir - FOTOLAR


Tarix:2-11-2019, 15:04 Kateqoriya:Manşet / Tibb

Ağdam rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçirilir - FOTOLAR

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində "Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında məcburi köçkün uşaqlar və böyüklər üçün tibbi xeyriyyə aksiyası keçirilir.

Noyabrın 1-də başlayan və iki gün davam edəcək aksiya çərçivəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının 20 tibb işçisindən ibarət briqadası Ağdam rayonuna ezam olunub. Yüksəkixtisaslı həkimlər burada müasir tibbi avadanlıqlarla tam təchiz olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mobil Səyyar Hospitalında və Ağdam Rayon Mərkəzi Xəstəxanasında məcburi köçkün pasiyentləri müayinə ediblər. Müayinəyə 250-yə yaxın məcburi köçkün cəlb olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, böyük diaqnostik imkanlara və kadr potensialına malik tibb ocaqlarının müntəzəm olaraq bölgələrdə xeyriyyə aksiyalarını keçirməsi Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin bariz nümunəsidir. Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün müxtəlif tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri var.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən cari ildə Astara şəhərində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Füzuli rayonunun Horadiz şəhərində Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri tərəfindən uşaqların və böyüklərin müayinələrinin edildiyini bildirən Ceyhun Məmmədov, ümumilikdə bu xeyriyyə aksiyalarında 600-ə yaxın insanın diaqnostik tibbi müayinədən keçdiyini diqqətə çatdırıb.

Regionlarda yaşayan uşaqlar arasında ürək xəstəliklərinin erkən aşkarlanması və müalicəsinin vacibliyini vurğulayan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri regionlarda yaşayan əhalinin zəruri tibbi xidmətlərlə təminatına dəstək məqsədilə ən yüksək texnologiyalar əsasında onların mütəmadi olaraq müayinələrini həyata keçirir. O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" çərçivəsində keçirilən bu layihə çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək-damar xəstəliyi və onun aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir. Cocuq Mərcanlıda müayinələr zamanı ürəklərində mürəkkəb qüsurlar aşkarlanan 7 uşaq Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında əməliyyat olunaraq sağlamlığına qovuşub.

Tibbi aksiyada iştirak edən Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə indiyədək Bakı, Gəncə, Şəki, Mingəçevir, Naftalan şəhərlərində, Bərdə və digər rayonlardakı məcburi köçkün qəsəbələrində tibbi müayinələr və qanvermə aksiyaları keçirilib. Tibbi müayinələrə respublikada fəaliyyət göstərən özəl və dövlət xəstəxanalarının yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Bundan başqa, yerli dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri də keçirilib.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən aparılan müayinələr zamanı EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqların valideynlərinə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tibbi aksiyanın məqsədi Ağdam rayonunda yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinəsinə, eləcə də məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etməsinə imkan yaratmaqdır.

Ağdam rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçirilir - FOTOLAR

Ağdam rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçirilir - FOTOLAR

Ağdam rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçirilir - FOTOLAR

Ağdam rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçirilir - FOTOLAR

Ağdam rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçirilir - FOTOLAR

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO